24 ნოემბერი, კვირა, 2024

პირველ კლასში აზერბაიჯანულ ენაზე ანბანის სწავლებისთვის

spot_img

Dairə daxilində əlifba

Şagirdlər kartda təsvir edilmiş hərfə uyğun olan səsi və onunla başlayan sözü deyirlər.

Sinif: I

İş forması: Bütün sinif

Resurs: Üzərində hərflər olan rəngli kartlar,yaxud banerlər (hər bir kartda bir hərf), maqnitofon / leptop, papaq / torba.

Dərsin gedişatı

  • Şagirdlər dairəvi şəkildə Müəllim rəngli kartlar üzərində yazılmış, uşaqlara tanış olan hərfləri papağın içərisinə/torbaya qoyur.
  • Şagirdlər növbə ilə bir kart çıxarırlar, əvvəlcə hərfi-səsi deyirlər, sonra isə onunla başlayan sözün adını çəkirlə
  • Bütün uşaqlar hərfin-səsin adını çəkdikdən sonra, şagirdlər kartları döşəmə üzərinə dairə şəklində düzürlə Müəllim xoşagələn, ritmik musiqini qurur (və ya alqışlar çalır) və şagirdlər saat əqrəbi istiqamətində dairə üzərində hərəkət etməyə başlayırlar.
  • Müəyyən müddətdən sonra müəllim musiqini dayandırır. Şagirdlər qarşılarındakı kartın yanında dayanırlar və kartda təsvir olunan hərflə-səslə başlayan sözü deyirlə Əgər onlardan biri sözü deyə bilmirsə, müəllim başqa şagirddən dostuna kömək etməsini xahiş edir.

Müxtəliflik

Müəllim tapşırığı bir qədər çətinləşdirə bilər və şagirdlərdən verilmiş hərflə-səslə başlamayan, lakin onun tərkibində olan sözün adının çəkilməsini xahiş edə bilər.

Əlifba şarları

Şagirdlər şarların üzərində yazılmış hərfləri- səsləri tanıyırlar.

Sinif: I-II

İş forması: Qruplar, bütün sinif.

Resurs: Şarlar (açıq rəngli), permanent (kəsilməz yazan) markerlər (tünd rəngli).

Dərsin gedişatı

  • Müəllim şişirdilmiş şarların üzərində, ən azı iki yerdə, permanent markerlə iri hərflə bir hərf-səs yazır (vacibdir ki, uşaqlar havada asılmış şar üzərində təsvir olunan hərfləri asanlıqla görə bilsinlər, ona görə də yaxşı olar ki, açıq rəngli şarlardan və tünd rəngli markerlərdən istifadə edilsin).
  • Müəllim uşaqlardan dairə formasında durmağı xahiş edir. Şarı havaya atır və onun üzərində təsvir olunan hərfi-səsi deyir. Kim əli ilə şara toxunarsa, həmin şəxs şarın üzərində təsvir olunan hərfi-səsi demə Uşaqlar şarın yerə dəyməməsi üçün mümkün qədər uzun müddət onu havada saxlamalıdırlar.
  • Müəllim kiçik fasilələrlə tək-tək başqa şarları da əlavə edəcək və uşaqlara xatırladacaqdır ki, bu və ya digər şara toxunduqda dəqiq onun üzərində təsvir olunan hərfi-səsi deməlidirlə

Müxtəlifliklər

o Mümkündür ki, hərflər-səslər xüsusi olaraq elə seçilsin ki, uşaqlar onlardan istifadə edərək sözlər düzəltməyi bacarsınlar.

o Söz ehtiyatının tədricən zənginləşdirilməsi məqsədi ilə, müəllim uşaqlardan şara toxunduqda müvafiq hərflə-səslə başlayan sözü söyləməmələrini xahiş edə bilər.

Əlifba lotosu

Şagirdlər torbadan çıxarılan hərfləri və səsləri müəyyən edir və loto vərəqlərini doldururlar.

Sinif: I

İş forması: Fərdi, cütlüklər.

Resurs: Butulka qapaqlarının / kartların üzərinə yazılmış hərflər.

Dərsin gedişi

  • Müəllim polietilen butulkası qapaqlarının iç tərəfinin üzərinə hərfləri-səsləri yazır. Hər qapağın içi üzərində bir hərf yazılmalıdır. Resurs çatışmazlığı zamanı, hərfləri kartların üzərində də yazmaq mümkündür (hər kart üzərinə bir hərf).
  • Müəllim A4 vərəqini 9 bərabər hissəyə bölür. Qarışıq ardıcıllıqla hər xanada bir hərfi-səsi qeyd edir.
  • Müəllim vərəqləri oyun iştirakçılarına paylayır. Fəaliyyət cütlüklərdə aparılarsa, bir vərəq bir şagird cütlüyünə düşəcə
  • Müəllim butulka qapaqlarını / kartları torbaya və ya qutuya tökür.
  • Müəllim və ya aparıcı rolunu yerinə yetirən şagirdlərdən biri növbə ilə qapaqları / kartları torbadan çıxarmalı, hərfi-səsi yüksək səslə söyləməli və iştirakçılara göstərmə
  • İştirak edən şagirdlər öz iş vərəqlərini nəzərdən k eçirirlə Əgər torbadan çıxan hərf onların vərəqində də görünərsə, şagird vərəqin üzərinə xırda daş / balıq qulağı və ya kiçik bir əşya qoymalıdır.
  • Əgər kiminsə lövhəsində hamıdan tez cərgə ilə üç hərf üfüqi, şaquli və ya diaqonal üzrə rast gəlinərsə, o, yüksək səslə „Bingo!“ deyərək çığıracaq və hərfləri oxuyacaq.
  • Əgər şagirdin kartında bütün hərflər qeyd olunarsa, o, „superbinqo“ sözünü qışqırmalıdır.
  • Bundan sonra qalib gələn şagird aparıcı olur, butulka qapaqlarını / hərf kartlarını toplayır, torbaya tökür və oyun yenidən başlayır.

Əlifba vərəqləri

Şagirdlər müxtəlif hərflərlə-səslərlə başlayan sözləri fikirləşib tapacaq və

 

Sinif: I

İş forması: Fərdi.

Resurs: Rəngli karandaşlar, jurnal-qazetlər, plastilin, qayçı, ətrafdakı əşyalar, yapışdrıcı, „skotç“, vərəq. Xüsusi hazırlanmış əlifba vərəqindən də istifadə etmək mümkündür. (Bax, Əlavə).

Dərsin gedişi

  • Müəllim vərəqləri/rəsm vərəqlərini və ,,skoçu”şagirdlərə paylayır və onlardan yeni öyrəndikləri hərfi-səsi yazmalarnı və həmin hərflərlə başlayan bir neçə söz düşünmələrini xahiş edir. Həmçinin, bu hərflərin qarışdığı sözlər də düşünmələrini tələb edə bilə Şagirdlər: a) cismin şəklini çəkə bilərlər; b) düzəldərək (kağızdan, plastilindən və s.) hər hamsı bir vərəq üzərinə yapışdıra bilərlər; c) müəllimin əvvəlcədən hazırladığı jurnal-qəzetlərdən istədikləri hərflə-səslə başlayan sözün təsvirini axtarıb-taparaq kəsə bilərlər; d) məktəbin həyətində/sinif otağında uyğun obyekti taparaq vərəq üzərinə yapışdıra bilərlər (məsələn, Y – yarpaq, D – daş, B – budaq, T – tabaşir və s.).
  • Tapşırığı yerinə yetirdikdən sonra arzu edən şagirdlər öz işlərini sinif qarşısında təqdim edə bilərlə
  • “Əlifba vərəqi”nin ikinci səhifəsində şagirdlər konkret hərf-səslə başlayan yeni öyrəndikləri sözləri mərhələ-mərhələ əlavə edəcəklə

Qeyd: Fəaliyyət yalnız bir və ya bir neçə dərsdən ibarət deyil. Müəllim onu öyrənmə mini-layihəsinə çevirə və davam etmə müddətini əlifbanın öyrənildiyi dövrün sonuna qədər artıra bilə Şagirdlər müəyyən sayda „əlifba vərəqləri“ topladıqdan sonra müəllim şagirdlərə işlərini nümayiş etdirmək üçün bir neçə forma təklif edə bilər: a) onları kitab formsına salmaq; b) vərəqləri uzunluğu boyunca düzüb yapışdırmaq və „əlifba divarı“ düzəltmək; c) şagirdlərin özləri tərəfindən hər hərfə-səsə görə sinifdə toplanan ən yaxşı yerinə yetirilmiş işin seçilməsi və „əlifba sərgisi“ nin təşkil edilməsi (hər uşaq üçün ən azı bir tapşırıq seçmək lazımdır).

Hərflərə ovçuluq

Şagirdlər müxtəlif mətnlərdən hərfləri kəsir və sözlər düzürlə

Sinif: I

İş forması: Fərdi, cütlüklər, kiçik qruplar.

Resurs: Köhnə jurnal-qəzetlər, iri şriftlə çap olunmuş mətnlər, broşürlər, vərəq, yapışdırıcı, qayçı.

Dərsin gedişatı

  • Müəllim şagirdlər üçün müxtəlif sözləri səsləndirəcək (yeni öyrənilmiş / tanış olan / oxunması çətin olan və).
  • Şagirdlər müəllimin əvvəlcədən müəyyən etdiyi vaxt müddətində köhnə jurnal- qəzetlərdə lazım olan hərfləri axtarıb tapmalı, onları kəsib kağıza elə yapışdırmalıdırlar ki, müəllim tərəfindən səsləndirilən sözləri əldə eedə bilsinlə

Qalib gələn tapşırığı ən tez və düzgün yerinə yetirən şagird / şagirdlər qrupudur.

Rəngli sözlər

Aktivliyi həyata keçirən zaman şagirdlər sözləri onlara daxil olan hərflərə – səslərə müvafiq olaraq rəngləyirlə

Sinif: I

İşin forması: Fərdi, cütlüklər.

Resurs: Lövhə və tabaşir / format və marker; dəftər / vərəq, iki rəngdə karandaş / qələm.

Dərsin gedişatı

  • Müəllim lövhəyə iki hərf yapışdırır və onların hər birini hər hansı rəngə uyğunlaşdırır (mə, “” qırmızı rəngdə olacaqdır, „“ – yaşıl).
  • Sonra müəllim şagirdlərə cədvəl formasına salınmış sözlərin siyahısını təklif edir və tapşırıq verir: tərkibində „“ – olan sözləri şagirdlər qırmızı rənglə, tərkibində „“ – olan sözləri isə yaşıl rəngdə rəngləməlidirlə Tərkibində verilmiş iki hərfdən heç bir olmayan bəzi sözləri şagirdlər olduğu kimi rənglənməmiş qoymalıdırlar.

Nümunə

მკითხველთა კლუბი

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება

მსგავსი სიახლეები