21 ივლისი, კვირა, 2024

Rəngarəng Tiflis

spot_img

ვაფა ბაირამოვა

ბოლნისის მუნიციპალიტეტის სოფ. ნახიდურის და აკაურთის საჯარო სკოლების ისტორიის უფროსი მასწავლებელი და ჩვენი საქართველოს საგნობრივი ექსპერტი

Kompleks tapşırığın həyata keçirilmə mərhələləri (aktivliklər, resurslar, suallar)

Mərhələ I kompleks tapşırığın şərtinin tanış edilməsi

Resurs 1. Necə məqalə yazaq;

Yaxşı məqaləni necə yazaq

Yaxşı məqalə yazmaq məqsədi ilə oxucular üçün maraqlı və aktual mövzu seçməyiniz gərəkdir. Məqaləyi hazırlayarkən sonrakı məsləhətləri nəzərə alın:

Başlıq: Qısa və aydın olmalıdır; Məqalə üçün yaxşı başlıq çox əhəmiyyətlidir. O bütün mətnin mənasını əks etdirməli və eyni zamanda oxucunun diqqətini cəlb etməlidir.

Məqalənin planını təşkil edin: Giriş (məqalə nə haqqındadır), əsas hissə (məna) nəticə (ümumiləşdirmək) olmalıdır.

Altbaşlıqlar: „Başlıqlara“ bölür, oxucu üçün asan dərk edilməsi məqsədi ilə;

Şəkil: Şəkil, hansı ki, məqalənin mətninə uyğun olur və ona qısa açıqlama əlavə edilir.

Müəlliflər: Məqalənin müəllifinin kim olduğunu qeyd edinş

Şagirdləri resurslarla tanış olduqdan sonra  yaxşı məqaləni necə yazaq biliyin qurulmasın istiqamətlənmiş suallara cavab verəcəklər:

Məqalə nədir?

Məqalə üzərində iş zamanı hansı məsləhətləri nəzərə almalıyıq?

Hər hansı məqalə oxumusunuzmu və məqalənin başlığı sizin diqqətinizi çəkdi ya yox?

Oxucu məqalə ilə nəyə görə  maraqlana bilər?

Məqaləyi necə hazırlamalısınız, məqaləyi hazırlamaq üçün hansı addımları atmalısınız (Başlığın düşünülməsi, məqalənin planının təşkili, şəkillərin axtarılması və.s.)?

Mərhələ II – Kompleks tapşırıq üzərində iş

Addım 1 . Tiflis əhalisinin etnik tərkibi necədir və Tiflis nə üçün müxtəlif millətlərin və fərqli dinin insanlarının toplanma yeri idi(müxtəliflikq.təs. 1; cəmiyyət q.təs.1)

Aktivlik: 1. Ön biliyin aktivləşdirilməsi. Müəllim lövhəyə söz yazır-müxtəliflik və cavablara əsasən assosiativ xəritəyi doldurur.

Resurs 1. Dərlikdən paraqraf 7.3  Tiflis əhalisinin etnik tərkibi;

♦ Bu gün Tiflisdə hansı etnik qruplar yaşayırlar?

♦ Gürcülərin başqa millətlər ilə birgə yaşamaq ənənəsi var idi ya yox və nə qədər sülh içində yaşayırdılar?

♦ Ser Con Uordrofun Tiflis haqqında olan sözlərini necə anlayırsan: „Tiflis elə şəhərdir ki, harada ki insan elə yaşayar ki, kədər ona əzab verməz“?

♦ 1, 3-cü mənbələrdə verilmiş fotolara diqqət yetirin və ermənilərin və farsların Tiflisdə nə işlə mə.ğul olduqlarını təyin edin?

♦ Almanlar Gürcüstana niyə köçdülər və onların Tiflisə yerləşməsi hansı nəticələri doğurdu?

♦ Müxtəlif mənsubiyyətli və fərqli dinin nümayəndələri nə üçün Tiflisdə məskunlaşırdı və bu gün də məskunlaşır?

Resurs 2. მრავალფეროვანი თბილისი (აზერბ. სუბტიტრებით);

♦ Videoresursa əsasən Tiflisin tikilməsinə hansı millətlərin numayəndələri tövhə vermişlər?

♦ Tiflisin hansı xüsusiyyətləri var? Bu şəhərin rəngarəng memarlığı bizə nə deyir?

♦ Tiflis nə üçün müxtəlif millətlərin  və fərqli dinin insanlarının toplanma yeri olduğunu məqalədə necə göstərək?

Aktivlik 2. Cütlüklərdə iş. Fotokollaja diqqətlə nəzər yetirin və əgər bu insanlardan soruşsaydıq ki hansı etnosun (almanlar, azərbaycanlılar, yəhudilər, osetinlər, ermənilər gürcülər) nümayəndələridirlər, necə düşünürsünüz, nə cavab verərdilər?

ნაბიჯი 2. Tiflisin etnik, dini rəngarəngliyi nəyə görə onun zənginlik mənbəyidir? və bütün bunlar turistik potensialının artmasına şərait yaradır ya yox? (müxtəliflik q.təs.2)

Resurs 1. Dərslikdən paraqraf 7.4 Tiflis əhalisinin dini tərkib;

Resurs 2. Təqdimat  დანართი 1. პრეზენტაცია – Rəngarəng Tiflis.pptx

♦ Tiflisdə hansı dini qruplara rast gəlirik?

♦ Tiflisdə qaya məhəlləsində yerləşən farsların qədim məbədləri necə adlanırdı? Bu abidənin bu günkü vəziyyəti necədir, əsrlər ərzində dəyişikliklərə məruz qaldı ya yox?

♦ İslam dini hansı əsas iki təriqətə  bölünür və necə izah edə bilərik ki, yalnız Tiflis məscidində sünnilər və şiələr birlikdə, sülh içində ibadət edirlər, ancaq başqa ölkələrdə isə bir-biri ilə mübarizə aparırlar?

♦ Surb Gevork erməni məbədi nə vaxt inşa edildi və əsrlər ərzində dəyişikliyə məruz qaldı ya yox?

♦ Tiflisdə yəhudi məbədi varmı və bu unikal xəzinəyi dünya alimləri nə üçün „laylaşın torası“ adlandırırlar?

♦ Dini azadlığı necə başa düşürsünüz, sizik fikrinizcə Gürcüstanda hər kəs istədiyi dinə ibadət edə bilərmi?

♦ Mənsubiyyətcə Tiflis ermənisi olan serqo Paracanovun sözlərindən „bu şəhərdə bir meydanda rus, erməni, və grcü kilsələri, yəhudi sinaqoqu və müsəlman məscidi vardır… bu möcüzədir, möcüzə, hansı ki daima mənim qəlbimdədir“ nə nəticə çıxara bilərsiniz?

♦ Müxtəlif dinin ibadət tikililərini turistlər üçün cəlbedici yer etmək necə mümkün olar?

Məqalədə necə göstərək ki, nə üçün Tiflisin mədəni rəngarəngliyi onun zənginliyinin mənbəyidir və yerli sakinlər üçün, həmçinin xarici turistlər üçün  nəyə görə cəlbedicidir?

Aktivlik 1. Verilmiş fotolara diqqətlə nəzər yetirin, hansı dinin və etnik qrupun ibadət yerinin qeyd olunduöunu tapın.

Addım 3. Tiflisdə yaşayan müxtəlif millətin, dinin nümayəndələrinin hansı ümumi dəyərləri, adətləri, qayğı və cavabdehlikləri birləşdirir və onların ümumi firavanlıq üçün cəmiyyət işlərində aktiv iştirakı necə baş verir? (cəmiyyət q.təs.2,3,4)

Aktivlik 1. Dəsrlikdə verilmiş müxtəlif etnik qrupların içtimai xadimləri (Hovanes Tumanyan, Sayat-Nova, Mirza Fətəli Axundov) haqqında məlumatla tanış olun, onların işlərini bir-biri ilə müqayisə edin, oxşarlıq-fərqlilikləri tapın və onların xadimliklərinin cəmiyyət üçün  əhəmiyyətini təyin edin.

 

 

 

 

 

Etnik qrupların ictimai xadimləri və onların ümumi firavanlıq üçün cəmiyyət işlərində aktiv iştirakını məqalədə necə təsvir edək?

Resurs 1. Tiflis həyəti.pptx

♦ „Tiflis həyətinin“ əsas xususi əlaməti nədir?

♦ Müxtəlif millətlərin insanlarını „Tiflis həyətində“ hansı ümumi iş, adət birləşdirirdi?

♦ Tiflis qonaqlarına rəngarəng Tiflisin sakinlərinin adətlərini necə izah edər və təqdim edərdiniz?

♦ Sizin fikrinizcə bu gün Tiflisdə nəyə görə bu cür həyətlərə, qonşuluqlara və münasibətlərə rast gəlmirsiniz?

♦ Məqalədə köhnə Tiflis həyətlərinin mədəni-ənənəvi birliyini necə göstərək?

 Qiymətləndirmə:
Şagirdlər tərəfindən kompleks tapşırığı təqdim edən zaman müəllim tərəfindən verilmiş suallar:

♦ Tapşırıq üzərindı iş prosesinin necə aparıldığını təsvir et;

♦ Nə məhsul yaratdığını təsvir et;

♦ Hazırladığın tapşırıq hansı mövzu ilə əlaqədardır;

♦ Təsvir et, niyə məqalə hazırladın? Onun vasitəsilə nəyi vurğulamaq istəyirdin?

♦ Nəyə görə düşünürsənki, sən tərəfindən hazırlanmış məhsul həqiqətəndə məqalədir?

* Sənin fikrincə sən tərəfindən hazırlanmış kompleks tapşırıq ilə kim maraqlanmalıdır və niyə?

♦ Tapşırıq üzərində iş zamanı hansı çətinliklər ilə qarşılaşdın?

♦ Tapşırığa indi başlasan nəyi başqacür edərdin?

♦ Başqa vaxt eyni formalı və ya mənalı tapşırıq yerinə yetirmisənmi?

♦ Sənin fikrincə sənin tapşırığın sinif  yoldaşının əsərindən nə ilə fərqlənir və ya bənzəyir?

არდადეგები

ერთიანი ეროვნული გამოცდები

ბლოგი

კულტურა

მსგავსი სიახლეები