27 ივლისი, შაბათი, 2024

Makedoniyalı İskəndər və Ellinizm

spot_img

ფარიზ ბაირამოვი

სსიპ ბოლნისის მუნიციპალიტეტის სოფ. ნახიდურის და სოფ. აკაურთის საჯარო სკოლების ისტორიის უფროსი მასწავლებელი
Uzunmüddətli məqsəd                                          Yoxlama  tədris məqsədi N

 

Hədəf anlayış- Məkan

Nəticələr: ümumi orta təhsil pilləsi:    3, 9

 

Altanlayış –

·         İmperiya

·         Ellin dövlətləri

·         Kolonistlər

 

 

Mövzu – Makedoniyalı İskəndər və Ellinizm

Altmövzu

·         Makedoniyalı İskəndərin işğalçı müharibələri

·         Makedoniyalının imperiyasının yaranması

·         Diadoxlar, Ellinizm dövrü

 

 

Açar sual –

Makedoniyalı İskəndərin işğalçı yürüşləri nəticəsində Avropa və Asiyanın biri-biri ilə qarşılıqlı əlaqəsi ilə baş verən dəyişiklikləri tarixi hekayə vasitəsi ilə necə göstərim

 

Kompleks tapşırığın təlimatı-

Təsəvvür edin ki, eradan əvvəl II əsrdə yaşamış tarixçisiniz və ellin Misirində, İskəndəriyyədə xadimlik edirsiniz. Qərar verdiniz ki, Makedoniyalı İskəndər və onun dövlətinin dağılması nəticəsində yaranan ellin dövlətləri haqqında tarixi hekayə yazasınız. Arzuediləndir ki, hekayə pergamentdə yazılsın və İskəndərin işğallarını/ellin dövlətlərini əks edən xəritələrdə əlavə edilsin.

 

Hədəf anlayışın qalıcı  təsəvvürləri

 

1.       Coğrafi mühit və coğrafi bilik insan cəmiyyətinin inkişafına təsir edir;

2.       Komunikasiyanın tezliyi böyük/kiçik ölçülü sosial-mədəni məkanların əmələ gəlməsinə şərait yaradır;

3.     Konkret tarixi-coğrafi arealların iqtisadi, stratejik və mədəni əhəmiyyəti vardır

Qiymətləndirmə kriteriləri- 

Əsərdə xüsusi olaraq göstərin

·         Coğrafi mühit və bu mühitdə mövcud olan siyasi vəziyyət Makedoniyalı İskəndərə  işğalçı müharibəyə başlamasında necə təkan verdi və bu müharibələrin nəticəsində insanların həyatı necə dəyişdi? (Mək. 1)

 

·         Ellin mədəniyyəti hansı coğrafi məkanı əhatə edirdi və özü ilə birlikdə  hansı iqtisadi, siyasi və mədəni dəyişiklikləri gətirdi? (mək. 2,3.)

 

Kompleks tapşırığın həyata keçirilmə mərhələləri (aktivliklər, resurslar, suallar)

Mərhələ I – kompleks tapşırığın şərtinin tanış edilməsi

Resurs :

·         https://kaspi.az/az/hekaye-nece-yazilmalidir-her-kesin-istifade-ede-bileceyi-7-usul

·         Old Paper Tutorial – YouTube

Aktivliklər:

·         Şagirdlər üçün kompleks biletlərinin verilməsi

·         Kompleks tapşırığın şərtinin və qiymətləndirmə kriterilərinin tanış edilməsi

·         Hədəf anlayışa- məkana diqqətin yönəldilməsi, konkret misallar: Coğrafi proseslərdə məkan hansı rol oynayır.

·         Şagirdlərə məhsulun quruluşunun tanıdılması

·         Məhsul üzərində texniki iş- video resurs

·         Suallarla ön biliyin yoxlanılması- Qədim Yunanistam (erkən antik dövr)

·         Giriş biletləri-Makedoniyalı İskəndər

Suallar:

·         Hekayə nədir?

·         Necə hekayə yazaq?

·         Hekayə üzərində iş təcrübəniz varmı?

·         Hekayə yazarkən nəyə nəzər yetirək?

 

Mərhələ II – Kompleks tapşırıq üzərində

Addım 1 Coğrafi mühit və bu mühitdə mövcud olan siyasi vəziyyət Makedoniyalı İskəndərə  işğalçı müharibəyə başlamasında necə təkan verdi və bu müharibələrin nəticəsində insanların həyatı necə dəyişdi?

 

 

Resurslar:

·         Dərslik ( səh. 82-84)

·         Əlavə 1.

·         https://youtu.be/P-kKlrwgL0k

·         ALEXANDER THE GREAT – THE CAMPAIGN (334 BC – 324 BC) (HD) – YouTube

 

Aktivliklər:

·         Ön biliyin aktivləşdirilməsi üçün suallar (coğrafi, Əhəmənilər sülaləsi)

·         Müəllimin  mini-mühazirəsi „ işğalçı müharibələr necə başladı? „

·         Şagirdlər biletlər üzərində işləyirlər, hansılar ki Makedoniyalı İskəndərin işğallarının əsas etapı haqqındadır, nəticələrin təsviri zaman oxunun istifadəsi ilə olacaq.

·         Şagirdlər Makedoniyalı İskəndər haqqında olan interaktiv videoya baxacaqlar,  İskəndərin yürüş etdiyi bölgələri qeyd edəcəklər.

·         Şagirdlər kontur xəritədə işləyirlər, Makedoniyalı İskəndərin yürüş marşrutunu çəkirlər

·         Şagirdlər mənbələrdə- „ Plutarxın paralel bioqrafiaları“ işləyirlər, İskəndərin uğurlarında ona yardım edən xüsusiyyətlərini ayırırlar (vurğulayırlar).

 

Suallar:

·         Yunan polislərinin daxili mübarizələri Makedoniyanın Balkan yarımadasında ağalığına necə imkan yaratdı?

·         Makedoniyalı Filipin İranla bağlı hansı düşüncələri var idi? Bu  yürüşün hansı əlverişli və əlverişsiz  faktorları vardı?Niyə?

·         Hərbi uğurlarda Makedoniyalı İskəndərə hansı şəxsi keyfiyyətlər imkan yaradırdı?

·         Makedoniyalı İskəndərin yürüşünün marşrutu necə idi? O, hansı əraziləri işğal etdi?

·         İranın və Orta Asiyanın işğalı hansı çətinliklər (fiziki-coğrafi) ilə əlaqədar idi?

·         Makedoniyalı İskəndər Hindistan yürüşünü niyə davam edə bilmədi?

·         İskəndər niyə görə öz imperiyasının paytaxtı kimi Babili seçdi? Bu şəhərin hansı üstünlüyü var idi?

·         İskəndərin müharibələrinin nəticəsində İran imperiyasının taleyi necə oldu?

 

Addım 2. Ellin mədəniyyəti hansı coğrafi məkanı əhatə edirdi və özü ilə birlikdə  hansı iqtisadi, siyasi və mədəni dəyişiklikləri gətirdi?

 

Resurslar:

·         Dərslik səh. 84- 86

·         Greek history – Hellenistic period (323-31 BC) – YouTube

·         https://youtu.be/prj5TxHy8Zo

 

Aktivliklər:  Mənbə, narativ material, video, cədvəllər və ven diaqramı üzərində iş

·         Ön biliyin aktivləşdirilməsi: Yunan şərq mədəniyyəti haqqında suallar (əqli hücum)

·         Alternativ: Yunan şərq mədəniyyəti nümunələri  haqqında slaydlar, onların bir-biri ilə müqayisəsi

·         Makedoniyalı İskəndərin ölümündən sonra baş verən siyasi, iqtisadi və mədəni dəyişikliklər ( dərslikdə olan mətn əsasında)

Siyasi İqtisadi Mədəni
     

 

·         Mənbələr (ellin dövrünün heykəlləri), videolar (ellin mədəniyyət nümunələri) üzərində iş. Ven diaqramının hazırlanması: Şagirdlər mədəniyyət nümunələrində var olan yunan və fars elementlərini aşkar edib biri-biri ilə müqayisə edəcəklər

·         Mətn „İskəndrəiyyə kitabxanası“ və videoresurs „İskəndəriyyə“ üzərində iş. „İskəndəriyyə, ellin dünyasının mədəniyyət mərkəzi“ mövzusunda təqdimat hazırlayacaq və müzakirə edəcəklər.

 

Suallar:

·          İskəndərin ölümündən sonra imperiyasın taleyi necə oldu?

·         Makedoniyalı İskəndər yunan-makedoniyalı və İran imperiyasının əhalisinin yaxınlaşması üçün hansı tədbirlərdən istifadə edirdi?

·         Xəritəyə əsasən Makedoniyalının imperiyasının ərazisində hansı müstəqil siyası vahidlər ortaya çıxdı?

·         Diaoxların ölkələrini nə birləşdirirdi?

·         Ellin hökmdarlarının mədəniyyətə qarşı hansı münasibətləri var idi? Onların bu münasibətləri özünü harada biruzə verir?

·         Ellin dövrünün incəsənətini hansı özünəməxsusluqlar xarakterizə edir?

·         Makedoniyalı İskəndər yunan və şərq mədəniyyətlərinin bir-birinə nüfuz etməsinə niyə imkan yaradırdı?

·         Ellinizm və müasir qloballaşmanı necə müqayisə edərdiniz?

 

 

 

Qiymətləndirmə:

Şagirdlər tərəfindən kompleks tapşırığı təqdim edən zaman müəllim tərəfindən verilmiş suallar:

·         Tapşırıq üzərindı iş prosesinin necə aparıldığını təsvir et;

·         Nə məhsul yaratdığını təsvir et;

·         Hazırladığın tapşırıq hansı mövzu ilə əlaqədardır;

·         Təsvir et, niyə hekayə hazırladın? Onun vasitəsilə nəyi vurğulamaq istəyirdin?

·         Nəyə görə düşünürsənki, sən tərəfindən hazırlanmış məhsul həqiqətəndə hekayədir?

·         Sənin fikrincə sən tərəfindən hazırlanmış kompleks tapşırıq ilə kim maraqlanmalıdır və niyə?

·         Tapşırıq üzərində iş zamanı hansı çətinliklər ilə qarşılaşdın?

·         Tapşırığa indi başlasan nəyi başqacür edərdin?

·         Başqa vaxt eyni formalı və ya mənalı tapşırıq yerinə yetirmisənmi?

·         Sənin fikrincə sənin tapşırığın sinif  yoldaşının əsərindən nə ilə fərqlənir və ya bənzəyir?

 

 

 

 

Əlavə1.  Makedoniyalı İskəndərin işğalçı müharibələri haqqında biletlər

Bilet 1

İskəndər öz nəhəng imperiyasının paytaxtı kimi Babili elan etdi. Yürüşdən sonra  Babilə qayıtdı və e.ə 323-cü ildə elə oradaca vəfat etdi.

 

Bilet 2

Misirlilər İskəndəri böyük sevinçlə qarşıladılar. İskəndər Amon-Ra məbədinə getdi, orada misirli kahinləri mükafatlandırdı. Kahinlər onu Amon-Ranın oğlu qəbul etdilər, bu isə onu firon kimi tanınması idi.

 

 

 

Bilet 3

Makedoniyalılar Hindistanda bir sıra qalibiyyətlər əldə etdilər. son mübarizə zamanı onlar döyüş filləri ilə mübarizə aparmalı oldular. Bu döyüş makedoniyalılar üçün çəx çətin oldu-fillər çox sayda piyadadyı əzdi, ancaq onlar fillər üzərində olan döyüşçüləri oxlar ilə aşağı salmağı və bəzi filləri yaralamağı bacardılar. Mübarizədən sonra yorulmuş döyüşçülər yolun davam edilməsinə razı olmaldılar. İskəndər məcbur qaldı ki, yürüşü dayandırsın. Makedoniyalılar geri qayıtmağa başladılar.

Bilet 4

E.ə 331- ci ildə Dəclə və Fəratı üzdükdən sonra İskəndər Qavqamela düzənliyinə getdi. Qavqamela düzənliyini həlledici döyüş üçün Dara seçmişdi ki, döyüş arabaları üçün hüçum uğurlu olsun.  Farslar Qavqamela döyüşündə məğlub oldular. Dara döyüş meydanından qaçdı. İskəndər Darayı canlı ələ keçirmək üçün onu təqib etdi. Ancaq “ Ölkələrin şahlarşahı“ yaxın ətrafı ələ keçirib qətlə yetirdi. İskəndər Daranın qatili Besayı yaxalamaq qərarına gəldi, çünki öz hökmdraına xəyanət edən ən ağır cəzaya laiq idi. Sonda Makedoniyalı İskəndər Besayı ələ keçirib edam etdi.

 

Bilet 5

İranın bir çox əhəmiyyətli şəhər və vilayəti mübarizəsiz İskəndərin əlinə keçdi. Makedoniyalı İskəndər onun üstünlüyünü tanıyan və ona tabe olan və ya bu vaxta kimi başqa dövlətlərə tabe olan ölkələrə qarşı rəhmli idi. Belə ölkələrə İskəndər xilasedici kimi daxil olurdu, yerli özünüidarətməni (hakimiyyəti) və yerli dini bərpa edirdi, ancaq ona qarşı çıxan və ya üsyan edən ölkələrə qarşı amansız idi. Belə hallarda makedoniyalılar şəhərləri dağıdır, əhaliyi  qırır və ya qul kimi satırdılar.

Bilet 6

İskəndər Memfisdən İkiçayarasına doğru hərəkət etdi. Dara onunla danışığa cəhd etdi, ancaq İskəndər ona belə cavab verdi, səmaya iki günəş sığmaz.

არდადეგები

არდადეგები – თავისუფლებისა და დასვენების დღეების ხიბლი

ინა იმედაშვილი იუჯის სკოლის ქართული ენისა და ლიტერატურის მასწავლებელი, ათეულთა...

ერთიანი ეროვნული გამოცდები

ბლოგი

კულტურა

მსგავსი სიახლეები