12 დეკემბერი, ხუთშაბათი, 2024

Effektiv tədris mühiti – ეფექტური სასწავლო გარემო

spot_img

Bolnisi muniçipalitetinin Naxiduri ictimai və Akaurta ictimai məktəblərinin tarix müəllimi və tarix fənn eksperti Vəfa Bayramova

ვაფა ბაირამოვა

სსიპ ბოლნისის მუნიციპალიტეტის სოფ. ნახიდურისა და სოფ. აკაურთის საჯარო სკოლების ისტორიის მასწავლებელი

Təhsil hər insanın həyatında mühüm əhəmiyyətə və rola malikdir. Məktəb, sinif və məktəbdə keçirilən zaman hər bir şəxsin yaddaşında həmişə yer tutur. Şagird əsas vaxtını sinifdə keçirir və sinifdə necə bir mühitin olması onun indiki və gələcək həyatına təsir göstərir. Sinif bir orkestradırsa bu orkestranın dirijoru müəllimdir. Müəllim sinifdə fəal tədris mühiti yaradan, bu prosesi idarə edən şəxs, şagirdlərə zəruri bilik və bacarıqları aşılayan, onların sosiallaşmasına kömək göstərən liderdir.

Dərs prosesinin səmərəli qurulması üçün effektiv müəllim şagird münasibətləri qurmalıyıq. Müəllim effektiv tədris mühitini yaratmaq üçün şagirdlərin psixologiyasını, bacarıqlarını və maraqlarını öyrənməli, zəif və güclü tərəflərini təyin etməli və buna müvafiq tədris və təlim forması və fəallıqlar tərtib etməlidir. Müşahidələrə əsasən deyə bilərik ki, eyni sinifdə dərs keçən müəllimlərdən bəziləri sinfi həmkarlarından daha yaxşı idarə edir. Şagirdlər müxtəlif müəllimin dərsində fərqli hərəkət nümayiş etdirirlər. Müəllimin şagirddən hörmət gözlədiyi kimi şagird də müəllimdən hörmət gözləyir, bu qarşılıqlı prosesdir. Sinifdə müəllimə qarşı hörmət və sevgi hissini müəllimin özü yaratmalıdır. Müəllimə qarşı sevgi və hörmət hissi müəllimin bu sahədə qazandığı uğurun nəticəsidir.

Şagirdlərlə ünsiyyətin asagidakı  üslubları var:

  1. Avtoritar üslub Demokratik üslub

Avtoritar üslub ənənəvi üslubdur və burada müəllim subyekt, şagird isə obyektdir.

Demokratik üslub avtoritar üslubdan tamamilə fərqlənir, burada isə şagird subyekt və müəllim hər ikisi subyektdir. Əgər sub-sub prinsipi varsa deməli demokratik üslubdur

Demokratik üslub

  • Humanizm
  • Həssasliq
  • Empatiya
  • Nizam-intizamın qorunması
  • Valideyn ilə münasibət

Humanizm nədir?

Sinfin idarə edilməsində humanizm müəllim fəaliyyətinin əsas hərəkətverici qüvvəsi olmalıdır. Müəllim nəzərə almalıdır ki, hər bir şagird şəxsiyyətdir və onların hər birinə şəxsiyyət kimi yanaşmalıdır. Müəllimin belə yanaşması müəllim-şagird münasibətlərində müəllimə hörmət qazandırır və sinifdə onun nüfuzunu artırır, həmçinin şagirdlərdə özünəinam artır və daha çox fikir yürütməyə, müzakirə etməyə yönəlirlər.

Həssaslıq nədir?

Şagirdlərlə ünsiyətdə bütün çərçivəni gözləməkdir. Müəllim şagirdlərin şərəf və ləyaqətlərinə hörmətlə yanaşmalı, əsassız mühakimələrə yol verməməli və qərəzsizlik nümayiş etdirməməlidir. Şagirdlərdə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq və onlarda patriotizm (vətənpərvərlik) ruhunu inkişaf etdirmək, onları müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq müəllimin ən əsas vəzifəsi və məfkurəsi olmalıdır.

Empatiya nədir?

İnsan sosial bir varlıq olaraq ətraf-mühit ilə daim qarşılıqlı təsir içindədir. Bu qarşılıqlı təsirlərdə, əlaqələri gücləndirən və ünsiyyəti asanlaşdıran ən mühüm ünsürlərdən biri empatiyadır. Empatiya özünü başqa insanın yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Ən sadə mənası ilə desək başqalarının hiss və duyğularını anlamaq və mövcud vəziyyətə onların gözü ilə baxmaqdır. Empatiya başqalarının əhval-ruhiyyələrini yaşxlaşdırmaq və çətin vəziyyətlərdə onlara dəstək olmaqdır.

Nizam-intizamın qorunması

Sinfin effektiv idarə edilməsi üçün sinifdə nizam-intizam qaydalarının mövcud olması və qorunması böyük əhəmiyyət daşıyır. Sinif qaydalarının hazırlanması şagirdlərin birbaşa iştirakı ilə olmalıdır. Şagirdlərin sinifdə davranışlarını tənzimləmək sinif idarəçiliyinin mühüm ölçüsüdür. Ev mühiti, həmyaşıdları ilə münasibət, sosial mühit, müəllimin rəftarı sinifdə arzuolunmaz davranışların yaşanmasına gətirib çıxarır. Arzuolunmaz davranışları yaradan səbəblərlə bağlı müəllim tərəfindən atılan səhv addımlar arasında aşağıdakıları sadalaya bilərik:

  • Fərdi fərqlərin nəzərə alınmaması
  • Demokratik sinif mühitini yarada bilməməsi
  • Fiziki zorakılıq və təhdilər göstərməsi
  • Şagirdlər arasında ayrı-seçkiliyə yol verməsi
  • Müəyyən şagirdə qarşı qərəzli münasibət
  • Şagirdlərlə pozitiv ünsiyyət qura bilməməsi
  • Obyektiv və şəffaf qiymətləndirmədən istifadə etməməsi

Qeyd olunanları nəzərə alaraq aşağıdakalara əməl edilməsi müəllimlər üçün faydalı olar:

  • Şagirdlərin məktəb və sinif qaydalarını pozan davranışlarına biganə qalmayın
  • Həddindən artıq sərt və fiziki cəzalardan istifadə etməyin
  • Şagirddə müəyyən problem varsa problemi təkbaşına həll etməyə çalışmayın. Məktəb psixoloqu və ya xüsusi təhsil mütəxəssisi olduğu təqdirdə onlarla, qeyd olunan şəxslərin olmadığı təqdirdə isə müdriyyət ilə məsləhətləşin

Valideyn ilə münasibət

Sinfin idarə olunmasında valideynin birbaşa təsiri olmasada onun sosial, iqtisadi, təhsil və psixoloji vəziyyəti övladı vasitəsilə sinfə təsir edir. Müəllim-valideyn arasında qarşılıqlı anlaşma və razılaşma yolu ilə yaranan əməkdaşlıq sinif idarəçiliyinin effektivliyinin artırılmasına təsir edir və şagirdlər üçün faydalı öyrənmə mühitinin yaranmasına səbəb olur.

Sinfin idarə olunmasında valideynlərin fəal iştirakı şagirdin uğur qazanmasında və davranışlarının tənzimlənməsində mühüm rol oynayır, çünki həm valideynlər həm də müəllimlər şagirdin uğur qazanmasında maraqlıdır.

Onu da bildirmək yerinə düşər ki, valideyn iclaslarının mahiyyəti də artıq dəyişməlidir, şagirdə yanaşmamız fərdi olduğu kimi valideynə də fərdi olmalıdır. Şagirdin təlim nəticələri və ya davranışları haqqında valideynə fərdi şəkildə məlumat verməliyik.

Valideyn ilə münasibət qurmaq üçün istifadə edə bilərik:

  • Şagirdlərin gündəliklərində əks-əlaqənin qeyd edilməsi
  • Telefonla əlaqə
  • Təkbətək görüş
  • Maarifləndirici seminarların təşkili və.s.

მკითხველთა კლუბი

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება

მსგავსი სიახლეები