31 იანვარი, პარასკევი, 2025

Dilemmalarla tədris

spot_imgspot_img

დილემით სწავლება

ფარიზ ბაირამოვი

ბოლნისის მუნიციპალიტეტის სოფ. ნახიდურისა და სოფ. აკაურთას საჯარო სკოლების ისტორიის პედაგოგი, მასწავლებელთა პროფესიული განვითარების ეროვნული ცენტრის ისტორიის საგნობრივი ექსპერტი

 

Təhsil canlı və həmişə tərəqqiyə ehtiyac duyan sahədir, təhsil prosesində yeni metodların tədbiqi bu məqsədə xidmət edir. Müasir təhsilin paradigması şagirdlərin motivasiyasına, prosesə qoşulmalarına, axtarış yolu ilə biliyin əldə olunmasına əsaslanır. Qeyd olunan nəticələrə çatmaq üçün müxtəlif metodlar mövcuddur və dilemmalarla tədris metodu onlardan biridir. Yanaşma dilemmanın həll edilməsi yollarının axtarıb-tapılmasını, dəyərlərə əsaslanan seçimin edilməsini, onun məntiqi və arqumentlərlə əsaslandırılmasını nəzərdə tutur. Bu isə, mövcud olan biliyin bir yerə toplanması və tədqiqat yolu ilə əldə edilmiş yeni biliyin istifadə edilməsi ilə həyata keçirilir. Dilemmarlarla tədris tənqidi təfəkkür, əməkdaşlıq, fərqli düşüncənin qəbul edilməsi, effektiv kommunikasiya və özünüifadə bacarıqlarını inkişaf etdirilməsinə xidmət göstərir. Metodun məqsədi şagirdlərdə tənqidi, analitik və yaradıcılıq təfəkkürünün, həmçinin müstəqil qərar vermə bacarığının inkişaf etdirilməsidir.

Dilemma (yun: məcburi vəziyyət) hərfi mənası ilə iki əlverişsiz çıxış yolundan birini, yaxud, arzuedilməz iki imkandan birini seçmək zərurətidir. Dilemmalarla tədris problemə əsaslanan tədris metoduna aiddir. Bu metod şagirdə həyati problemlərin həll edilməsi yollarını öyrədir, şagirdlər həyati problemlərin analizi ilə bütün həyatları boyu lazım olan təcrübəni qazanırlar. Dilemmalarla tədris zamanı şagirdlər bizim onlara təklif etdiyimiz müddəalardan birini seçməli, dərk etməli və əsaslandırmalıdırlar. Dilemma mütləq keçilən mövzu ilə əlaqədar olmalıdır və hədəf ictimai qrup üçün aktual mövzunu əhatə etməlidir. Qeyd olunan metod yalnız şagirdə bilik verməyi deyil, eyni zamanda bu biliyi həyatda qarşılaşa biləcəyi problemlər zamanı necə istifadə etməli olduğunu da öyrədir.

Dilemmalarla tədris metodunun konsepsiyası konstruktivist tədris prinsiplərinə əsaslanır. Bu metoddan konkret bir dərs zamanı, həmçinin inteqrasiyalı dərs prosesində də istifadə etmək mümkündür. Dilemmanı tərtib edərkən nəzərə almalıyıq ki, o, tədris olunan müvzu ilə əlaqəli olmalı və şagird üçün cəlbedici olmalıdır. Dilemmanın mövzusu qlobal əhəmiyyətli və ya yaşadığı bölgəyə xas ola bilər. Dilemma hadisədir və tarix, coğrafiya, insan hüquqları, ekologiya, kimyəvi tullantılar və başqa sahələr ilə əlaqədar ola bilər.

Dilemmalarla tədris zamanı dərs prosesinin effektiv qurulması üçün müəllim aşağıdakı mərhələləri sırası ilə keçməlidir:

Mərhələ Mərhələyə müvafiq sual
1 Dilemmanın daxil edilməsi           Diskussiyaın mərkəzində hansı dəyər dayanır?
2 Ilkin qərar                                    Hansı şagird hansı yanaşma ilə razılaşır?
3 Ilkin arqumentləşdirmə                Hansı şagird hansı qərarın tərəfdarı və ya əleyhdarıdır?
4 Təcrübənin bölüşdürülməsi         Öz arqumentini necə müdafiə edir, əsaslandırır?
5 Informasıyanın doldurulması    Arqumentini əsaslandırmaq üçün hansı məlumata ehtiyac vardır?
6 Informasıyanın mübadiləsi        Əldə edilmiş nəticələr necədir?
7 Ikinci dəfə arqumentləşdirmə    Şagird verilmiş mülahizə ilə nəyə görə razılaşır?razılaşmır?      
8 Bir informaya üzərində dayanmaq    Hansı arqument yeni əldə edilmiş məlumata əsaslanır?
9 4-cü və 8-ci mərhələlərin təkrarı Cavabsız suallar qaldı ya yox?
10 Son məhsul                                    Sinif hansı nəticəyə qədər gəldi?
11 Ümumiləşdirmə  Məsələ necə ümumiləşdiriləcək?

Dilemma üçün ən vacib olan şey müəyyən bir haldır/vəziyyətdir. Vəziyyətin təhlilinə əsaslanan tədris vasitəsilə şagirdlər verilmiş vəziyyət haqqında suallar verir, problemin həll edilməsi üçün çalışır, münasibət qurur və həmyaşıdları ilə birlikdə öyrənirlər. Vəziyyəti aydınlaşdırır, təhlil edir və nəticə çıxarırlar. Onlar məlumatların məhdud olduğu şəraitdə necə işləməli olduqlarını öyrənirlər və özlərinə sual verirlər: “bu konkret vəziyyətdə mən nə edərdim?”. Bu metod ilə çalışan zaman şagird nəzəri biliyini təcrübə ilə əlaqələndirir, bu isə şagirdlərdə mövzuya qarşı sağlam dəyərlərin formalaşmasına və onlarda kommunikasiyanın, aktiv dinləmənin, tənqidi və yaradıcılıq təfəkkürünün, qərarvermə və metakoqnitik bacarıqların inkişafına şərait yaradır.

Dilemmalarla tədris zamanı “VaKE” metodunu istifadə edə bilərik. VaKE (Values and Knowledge Education) metodu dəyərlərlərin və biliyin təhsilini nəzərdə tutur və bilik və dəyərlərin qarşılaşdırılması ilə həyata keçirilir.

Təhsil nəzəriyyəçilərin fikrincə VaKE aşağıdakılara əsaslanır:

  1. Konstruktivist nəzəriyyəsi ilə tədris yanaşmasına;
  2. Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə;
  3. Problemə əsaslanan tədrisə;
  4. Müstəqil təhsil bacarığının inkişafına.

VaKE-nin məqsədləri bunlardır:

  1. Dəyərlərin dərk edilməsi və fəaliyyətdə göstərilməsi
  2. Qazanılmış biliyin istifadə edilməsi
  3. Problemin həll edilməsi və tənqidi təfəkkür bacarığının inkişafı
  4. Müstəqil təhsil bacarığının inkişafı və şagirdlərin özünüidarə edən oxuyucu kimi formalaşdırılması
  5. Əməkdaşlıq bacarığının inkişaf etdirilmə
VaKE-nin məqsədləri Təsviri
Dəyərlərin dərk edilməsi və fəaliyyətdə göstərilməsi

 

Dilemmanı müzakirə edərkən şagirdlər dəyərlər haqqında mövcud olan müxtəlif fikirləri qiymətləndirirlər, bu isə mövzunun şagirdlər tərəfindən dərindən öyrənilməsinə, qərar qəbul etməyə və mövzu üzərində biliyin dərinləşdirilməsindən sonra dəyərlərin yenidən qiymətləndirilməsinə imkan verir.
Qazanılmış biliyin istifadə edilməsi

 

Şagirdlərə nə öyrəndiklərini və ondan necə istifadə edə biləcəkləri imkanı verilir. Dərs prosesinin məqsədi yalnız faktları yadda saxlamaq deyil, tədris materialının intensiv müzakirəsi və fənn biliyinin qurulmasıdır.
Problemin həll edilməsi və tənqidi təfəkkür bacarığının inkişafı

 

Şagirdlər problemi fərqli yöndən müzakirə edirlər, onu müxtəlif perspektivdən öyrənirlər, problem ilə əlaqədar fərqli mülahizələri dərk edirlər və arqumentlərlə müzakirə edirlər.
Müstəqil təhsil bacarığının inkişafı və şagirdlərin özünüidarə edən oxuyucu kimi formalaşdırılması

 

Şagirdlərin müstəqil şəkildə axtarış etmək və onlar üçün gərəkli məlumatı hazırlamaq, öz dərs proseslərini düzgün planlamaq və öyrənilmiş nəzəri konsepsiyaları təcrübəsi ilə əlaqələndirmək imkanı vardır.
Əməkdaşlıq bacarığının inkişaf etdirilməsi.

 

Təhlükəsiz və səmimi iş mühiti şagirdlərin yüksək məsuliyyət hissini inkişaf etdirir və onları qrupun tamhüquqlu üzvü kimi hiss etdirir. Başqalarını dinləməyi, fərqli mülahizə ilə razılaşmağı, konflikt (münaqişə) haqqında müzakirə etməyi öyrənirlər.

VaKE ilə işləməyin əsas prinsipi dərs prosesinə dilemmaların daxil edilməsi və onların müzakirə edilməsidir.  Bu isə şagirdlər tərəfindən biliyin tam şəkildə əldə edilməsinə və beləliklə onlarda dəyərlərin formalaşması prosesinə şərait yaradır (Mosiaşvili, Şaverdaşvili, 2018).

Dilemmanı tədris prosesinə daxil edərkən, müəllim dilemmanın və VaKE-nin istifadəsinin mütləqliyini təyin etməli və hər mərhələni düzgün planlaşdırmalıdır. Müəllim dilemmanın mövzusunu öyrəniləsi məsələ və cəmiyyət üçün əhəmiyyətli mövzu ilə əlaqələndirməlidir. Konkret məqsəddən, hədəf qrupundan və nail olunmalı nəticələrdən irəli gələrək müəllim vaxtı və mərhələləri artıra və ya azalda bilər.

Dilemmaları tarix fənnində bir çox mövzu üzərində istifadə edə bilərik. Dünya tarixi fənnini tədris edən zaman cəmiyyət üçün aktual mövzulardan biri İkinci Dünya müharibəsində Gürcüstan vətəndaşlarının hər iki tərəfdə iştirak etməsidir.

Dilemma 1

İkinci Dünya müharibəsində Gürcüstan vətəndaşları

1939-cu il 1 sentyabr tarixində Faşist Almaniyasının Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. 1941-ci il 22 iyunda Almaniya Sovet İttifaqına hücumu ilə Gürcüstan vətəndaşları da müharibədə iştirak etməli oldular. Hələ buna qədər Polşa ordusunda olan Gürcüstanlı əsgər və zabitlər öz ikinci vətənlərini qorumaq üçün həm Almaniya həm də Sovet İttifaqı işğalına qarşı mübarizə aparırdılar (1921 ci ildə Demokratik Gürcüstan Respublikasının süqutundan sonra onlar əsasən Polşaya getmişdilər).

İkinci Dünya müharibəsində Sovet İttifaqı ordusunda 700 min Gürcüstan vətəndaşı işritak edirdi və onların yarısı vətənə geri qayıtmamışdır. Sovet İtifaqı ordusunun tərkibində 224-cü, 242-ci, 276-cı, 296-cı, 349-cu, 351-ci, 386-cı, 388-ci, 394-cü, 392-ci, 406-cı və 414-cü gürcü diviziyaları vuruşurdu.

Almaniya ordusunun tərəfində təxminən 35 min gürcü iştirak edirdi. Gürcülər Vermaxtın tərkibində bu  batalyonlar vuruşurdular: 795-ci batalyon “Şalva Mağlakelidze”, 796-cı batalyon, 797-ci batalyon “Giorgi Saakadze, 798-ci batalyon “Çar II İrakli Bagrationi,799-cu batalyon “ Çar Davit Ağmaşenebeli, 822-ci batalyon “Çariça Tamar” və s. Onlar Gürcüstanın işğalından sonra emiqrasiyaya gedən Gürcüstan vətəndaşları və ya onların övladları, əsasən İkinci Dünya müharibəsinin ilk mərhələsində Almanlara əsir düşən və Almaniya tərəfdə vuruşmağa razı olan Gürcüstan vətəndaşları idi. Əslində hər iki tərəfdə vuruşanlar öz vətənləri üçün mübarizə aparırdılar.

Sizin fikrinizcə Gürcüstan vətəndaşları hansı tərəfdə iştirak etməli idilər?

  1. Gürcüstan vətəndaşları nəyə görə Sovet İttifaqı ordusunda vuruşurdular?
  2. Gürcüstan vətəndaşları nəyə görə Almaniya ordusu tərkibində mübarizə aparırdılar?
  3. Almaniyanın qalib gəldiyi təqdirdə Gürcüstanın taleyi necə ola bilərdi?

Dilemma 2

Çariça Tamar və Qutlu Arslan

Qutlu Arslan mənşəcə Qıpçaq Türküdür, Çar III Giorgi və Çariça Tamar dövründə meçurçletuxutsesi (xəzinədar) olmuşdur. Giorginin ölümündən sonra Tamar taxta çıxmış, ancaq qadın olduğuna görə əsilzadələr ona qarşı müəyyən idiialar irəli sürmüş və öz təsirlərini gücləndirməyə cəhd etmişlər. Onlardan biri də Qutlu Arslan olmuşdur, O, hakimiyyətdən tamamilə müstəqil müəssisənin “კარავი”-nin (çadırın) yaradılması təşəbbüsünü irəli sürmüşdür. Bu ideyaya əsasən əsilzadələr bu müəssisədə qərarları qəbul etməli və təsdiq etməsi üçün Çara göndərməli idilər, bu göründüyü kimi mərkəzi hakimiyyətin  zəifləməsi demək idi, Tamar yalnız icraedici hakimiyyət nümayəndəsi olaraq qalırdı. Çar hakimiyyəti bu təşəbbüsü böyük həyəcanla qarşıladı, onlara görə bu gürcü feodal sisteminə uyğun deyildi və ölkə üçün yenilik idi. Tamar Qutlu Arslanı həbs etdi və üsyan edən əyanlara güzəştə getməklə bu mübarizədə qalib gəldi və beləliklə dünyada ilk parlamentli monarxiya Gürcüstanda deyil İngiltərədə yaradıldı.

  1. Sizin fikrinizcə Qutlu Arslanın təşəbbüsü həyata keçsəydi Gürcüstan çarlığının sonrakı taleyi necə olardı?
  2. Çariça Tamar bu planla nəyə görə razılaşmadı?
  3. Sizin fikrinizcə Tamar düzgün qərar verdi?
  4. Qutlu Arslanın təşəbbüsü nəyə görə Gürcüstan üçün yenilik idi?
  5. Qutlu Arslanın məqsədi nə idi?
spot_img

მკითხველთა კლუბი

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება

მსგავსი სიახლეები