9 ოქტომბერი, ხუთშაბათი, 2025

„Çevrilmiş sinif otağı“ – müəllimin işini asanlaşdıran üsul

Vəfa Bayramova

Bolnisi munitsipaliteti Naxiduri və Akaurta kənd ictimai məktəblərinin tarix müəllimi

 

Müasir təhsildə müəllimin  gündəlik fəaliyyətinin səmərələşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müəllimin yükünü azaldan və eyni zamanda şagirdi daha fəal edən effektiv yanaşmalardan biri „çevrilmiş sinif otağı“ üsuludur.

„Çevrilmiş sinif otağı“ nədir?

Ənənəvi dərsdə şagird yeni mövzunu sinifdə öyrənir, tapşırığı isə evdə yerinə yetirir. „Çevrilmiş sinif otağı“ də isə proses tam əksinə gedir: Evdə şagird yeni mövzu ilə tanış olur (video, məqalə və ya başqa resurs vasitəsi ilə) Sinifdə isə müəllimlə birlikdə tapşırıqlar yerinə yetirir, sualları müzakirə edir və biliklərini təcrübədə tətbiq edir.

Bu üsulun əsas üstünlükləri isə şagird istədiyi yerdən və istədiyi zaman dərsi dinləyə bilir, fərdi imkanlarından asılı olaraq istədiyi sürətlə öyrənə bilir, müəyyən səbəbə görə dərsdə iştirak etməyən, məktəbdə olmayan şagird dərsdən geri qalmır və  istədiyi zaman dərsi təkrar izləyə, resursları isə yenidən əldə edə bilir.

Bu üsul müəllimin işini niyə asanlaşdırır?

  1. Vaxtın səmərəli istifadəsi- dərsdə artıq nəzəri izaha çox vaxt sərf olunmur, daha çox vaxt aktiv öyrənməyə və praktikaya ayrılır.
  2. Şagirdlərin iştirakı-sinifdə müzakirə, qrup işi və problemin həlli prosesi aparılır, bu da motivasiyanı artırır.
  3. Fərdi dəstək imkanı-müəllim daha çox köməyə ehtiyacı olan şagirdlərə vaxt ayıra bilir.
  4. Biliyin dərinləşməsi-şagird məlumatı yalnız eşitməklə deyil, tətbiq və müzakirə vasitəsilə də möhkəmləndirirlər.

Necə tətbiq etmək olar?

Mövzunu seçin, məsələn; „Qurucu Davitdən Çariça Tamaraya qədər qızıl dövr“

Şagirdlərə evdə izləmək üçün qısa video, xronologiya cədvəli və ya mənbə  verin.

Sinifdə qrupa bölün-biri siyasi hadisələri, digəri mədəni inkişafı, başqası iqtisadi dəyişiklikləri təqdim etsin.

Ümumi müzakirə aparın: „Niyə bu dövr Gürcüstan tarixində qızıl dövr adlanır?“

Sonda şagirdlərə öz təcrübələrini bir-biri ilə bölüşmək imkanı yaradın.

 

Tarix fənni şagirdlər üçün bəzən yalnız faktların əzbərlənməsi kimi görünür. Halbuki düzgün yanaşma və düzgün üsul seçimi ilə tarix və ya digər fənnlər daha canlı, maraqlı və öyrədici ola bilər.

Nəticə:

„Çevrilmiş sinif otağı“ müəllimə daha az səy ilə daha çox nəticə əldə etməyə imkan verir-daha çox iştirak etmə, daha çox təcrübə və daha dərin bilik əldə etməyə kömək edir. Bu metod dərsin daha aktiv və maraqlı olmasını istəyən müəllimlər üçün xüsusilə faydalıdır.

მსგავსი სიახლეები

მკითხველთა კლუბი

„წი­თე­ლი 70“

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება