ვაფა ბაირამოვა
სსიპ ბოლნისის მუნიციპალიტეტის სოფ. ნახიდურის და სოფ. აკაურთის საჯარო სკოლების ისტორიის უფროსი მასწავლებელი
Uzunmüddətli məqsəd | Yoxlama tədris məqsədi N | |||||||||||||||||||||
Hədəf anlayış – Zaman (dəyişiklik)
(nəticə 3, 5)
Altanlayış – Mədəni irs abidələri Lokal ənənələr/əfsanə/mif
|
Mövzu – Acaristanın mədəni irs abidələri
Altmövzu Acaristanın coğrafi yerləşməsi və diqqətəlayiq yerləri; Acaristanda din (Çikunet məscidi, Sxalta məbədi) ; Acaristan- gürcü sənətkarlığının mərkəzi ( Furtioda Tamarın körpüsü, Dandalo körpüsü). Açar sual – Məlumat bukletində Acaristanın mədəni irs abidələrini, onların əsasının qoyulma tarixini və onlarla əlaqədar əfsanələri necə göstərək? Kompleks tapşırığın təlimatı – Təsəvvür edin ki, turizm agentliyinin bələdçisisiniz və turistlərin diqqətini cəlb etmək üçün „Tarixi Acaristana səyahət edək“ adlı məlumat bukleti hazırlamaq qərarı verdiniz. Məlumat bukletinə sizin üçün maraqlı mədəni irs abidələri yerləşdirin (məs. Petra qalası, Qonio qalası, Çikunet məscidi, Sxalta məbədi, Dandalo körpüsü, Furtio körpüsü və.s) və onların təsvirlərini və onlarla əlaqəli əfsanələri/mifləri əlavə edin. |
|||||||||||||||||||||
Hədəf anlayışın qalıcı təsəvvürləri
Zaman (dəyişiklik) (nəticə 3, 5) 1. Dəyişiklik gündəlik həyatın bir hissəsidir- hər şey dəyişir; keçmiş, indi və gələcək bir-birinə bağlıdır; 2. Hadisələr müəyyən ardıcıllıqla baş verirdi/verir; bu ardıcıllığın aydınlaşdırılmasında xronologiya və təqvim bizə kömək edir; 3. Tarixi mənbələr (əfsanə,mif,salnamə, tarixi abidə və s.) bizə keçmişdə baş vermiş hadisələr haqqında danışır. |
Məlumat bukletində/məlumat bukletinin təqdimatı zamanı xüsusi olaraq göstərin:
· Sizin tərəfinizdən seçilən mədəni irs abidəsinin inşası nə vaxt həyata keçirilmişdir, əsrlər ərzində hansı dəyişikliklərə məruz qaldı və bu günkü vəziyyəti necədir? (Q.T. 1.2) · Acaristanın mədəni irs abidələri haqqında haradan bilirik və əfsanələr, miflər onlar haqqında bizə nə deyir? (Q.T 3)
|
|||||||||||||||||||||
Kompleks tapşırığın həyata keçirilmə mərhələləri (aktivliklər, resurslar, suallar)
Mərhələ I – kompleks tapşırığın şərtinin tanış edilməsi Resurs: Məlumat bukletini necə hazırlayaq; Məlumat bukletini necə hazırlayaq Məlumat bukleti vasitəsi ilə mqəyyən məsələ, aktual problem, turizm cəhətdən cəlbedici yerlər və diqqətəlayiq yerlər haqqında aydın və vacib məlumatlar alırıq. Məlumat bukletində məlumat bir necə hissəyə bölünmüş şəkildə yerləşdirilmiş və kompakt (yığcam) təqdim olunmuşdur. Bukletin hazırlanmasının bir-neçə dizaynı ilə tanış olun Məlumat bukletini hazırlayan zaman verilmiş məsləhətləri nəzərə alın: Məqsəd: Fikirləşin, Sizin tərəfinizdən hazırlanmış məlumat bukleti hansı məqsədə xidmət edir, bu sizə bukletdə verilmiş məlumatı və şəkilləri məqsədəuyğun olaraq öyrəniləsi mövzu və ya aktual problem ilə uyğunlaşdırmanıza yardım edəcək; Başlıq: Lakonik(qısa) və aydın olmalıdır; Giriş: Mövzu haqqında məlumatı qısa formada göstərməlidir və konkret olmalıdır; Mətn: Asanlıqla başa düşülən, qrammatik cəhətdən düzgün və xoşagələn olmalıdır ki, oxuyucunun mövzuya diqqətini cəlb etsin; Şəkil: Məlumat bukletində verilən mətnə uyğun olmalı və onun haqqında qısa açıqlama verilməlidir. Bukleti həddən artıq yükləməyin, bir neçə təsirli şəkil üzərində seçim edin. Məlumat bukletinin dizaynı: Yuxarıda verilmiş illustrasiyaya əsasən bukletinizin dizaynının necə olacağı haqqında seçim edin, son halını hazırlamağa başlayana qədər əvvəlcədən başlığı, şəkilləri və mətni hara yerləşdirəcəyinizi təyin edin,
Buklet nümunəsi ilə tanış olun Şagirdlər resurs – məlumat bukleti necə hazırlayaq – ilə tanış olduqdan sonra biliyin qurulmasına istiqamətlənən suallar cavab verirlər: · Məlumat bukleti nədir? · Məlumat bukletinin hazırlanma məqsədi nədir? · Məlumat bukleti üzərində iş zamanı hansı məsləhətləri nəzərə almalıyıq? · Məlumat bukleti Acarıstanın mədəni abidələrinin göstərilməsində bizə necə yardım edəcək? · Məlumat bukleti necə hazırlayaq və hansı addımları atmalıyıq ( dizaynın seçilməsi, başlığın düşünülməsi, altbaşlığın seçilməsi, mətn üzərində iş, uyğun illustrasiyaların yüklənməsi və.s.) ? Mərhələ II – Kompleks tapşırıq üzərində iş Addım 1. Sizin tərəfinizdən seçilən mədəni abidənin inşası nə vaxt həyata keçirilmişdir, əsrlər ərzində hansı dəyişikliklərə məruz qaldı və bu günkü vəziyyəti necədir? (Q.T. 1.2) Aktivlik 1. Ön biliyin aktivləşdirilməsi. Aşağıda verilmiş cədvəli doldurun, şəkildə hansı tarixi abidənin əks olunduğunu tapın, onun adını və harada yerləşdiyini xatırlayın Gürcüstanın bölgələri: Svaneti; Menqreliya; İmereti; Kartli; Acaristan. Mədəni abidələrin adları: Birtvisi qalası; Baqratın məbədi; Çajaşi kəndində, Uşquli; Dadianilərin sarayı; Dandalo körpüsü; Gelati monastrı.
Resurs 1. Dərslikdən paraqraf 5.1 – Acaristanın coğrafi yerləşməsi və diqqətəlayiq yerləri; 5.5. – Acaristanda din; 5.6 – Acaristan- Gürcü sənətkarlığının mərkəzlərindən biri. · Acaristan Gürcüstanın hansı hissəsində yerləşir? · Yerləşməsindən və təbiətindən irəli gələrək o əsasən nə ilə məşhurdur? · Acaristan turistlər arasında nə üçün populyardır? Səbəbləri sadala. · 5.1 paraqrafda verilən diqqətəlayiq yerlərdən hansını görmək istərdin və ya Acaristanın hansı yerində olmusan, hansı tarixi abidəyi məsləhət görərdin? · I əsrdə Romalılar Acaristanda hansı qəsri inşa etdilər, bu abidə turistlərin diqqətini nə üçün cəlb etməlidir? · Acaristan sakinləri bu gün hansı dinin nümayəndələridirlər? Onların dini ilə əlaqəli mədəni abidələrə rast gəlirikmi? · Acarlar Gürcüstanda hansı (iş) peşə ilə məşhur idilər? · Onların işlərinin izi hər hansı mədəni abidə qalıbmı? Bu abidələri sadalayın və onların xüsusiyyətləri haqqında söhbət açın. Aktivlik 2. Xəritənin yardımı ilə kontur xəritədə Acaristan Muxtar Respublikasının sərhədini (cızın) qeyd edin və rəngləyin; Mədəni abidələrin – Qonio qalası, Çikunet məscidi, Furtio körpüsü, dandalo körpüsü – yerlərini işarələyin.
Resurs 2. Təqdimat – Qonio qalası პრეზენტაცია – გონიოს ციხე; · Qonio qalası harada yerləşir? · Qonio qalası haqqında ən qədim məlumatlar kimə aiddir və neçənci əsrə aid edilir? · Yunan-Roma mənbələrində Qonio qalası hansı adla verilmişdir? · Sizin fikirinizcə Qonio qalasının nə üçün strateji əhəmiyyəti vardı, bir çox ölkənin bu qəsrə qarşı marağına nə səbəb olurdu? · Fotoların yardımı ilə təyin edin: Qonio qalası necə tikilidir və mövcud olduğu müddətdə bu abidənin bərpa-restavrasiya işləri aparılıbmı? · XVII əsrdə Qonio qalasının necə göründüyü haqqında məlumatı haradan alırıq və onu nə qədər etibarlı mənbə kimi qəbul edək? · XX əsrin fotoşəkillərdə Qonio qalası necə görünür, sizin fikrinizcə foto materialları tarixi mənbə kimi qəbul edək ya yox? · Müzakirə edin: Qonio qalası əsrlər ərzində dəyişikliklərə məruz qaldı ya yox və onu bu günkü vəziyyəti necədir? · Məlumat bukletində Qonio qalasının nə əhəmiyyəti olduğunu və hansı dəyişikliklərə məruz qaldığını necə göstərək? Resurs 3. Təqdimat – Petra qalası პრეზენტაცია – პეტრას ციხე; · Petra qalası harada yerləşir? · Petra qalası kimin əmri ilə və nə vaxt inşa olundu? · Necə düşünürsən, Petra nə üçün alınmaz qala kimi qəbul edilirdi? · Petra qalası nə üçün seçilirdi (məşhur idi)? · Petra-Cixisdziri ərazisindən keçən yolun hansı əhəmiyyəti var idi? · Müzakirə edin, Petra qalası əsrlər ərzində dəyişikliklərə məruz qaldı ya yox və onun bu günkü vəziyyəti necədir? · Məlumat bukletində Petra qalasının hansı əhəmiyyəti olduğunu və hansı dəyişikliklərə məruz qaldığını necə göstərək? Resurs 4. Təqdimat – Sxalta monastrı პრეზენტაცია – სხალთის მონასტერი; · Sxalta monastrı harada və hansı çayın dərəsində yerləşir? · Sxalta monastrı nə vaxt inşa edildi və hansı dinin abidəsidir? · Sxaltanın inşası xalqın şifahı deyimlərində kimin adı ilə bağlıdır? Resurs 5. Təqdimat – Çikunt məscidi პრეზენტაცია – ჩიქუნეთის ჯამე; · Acaristanda mövcud olan islam tikililəri hansı ad ilə tanınır? · Çikunet məscidi nə vaxt və kim tərəfindən inşa edilmişdir? · Çikunet məscidi nəyə görə seçilən və unikal abidədir? · Çikunet məscidinin xilası necə baş verdi? · Sizin fikrinizcə, abidə illər ərzində nəyə görə gedilməyən və diqqətdənkənar buraxılmışdır, cəmiyyət, dövlət ona qayğı göstərməlidir ya yox? · Məlumat bukletində Çikunet məscidi haqqında olan məlumatları və onun bu günkü vəziyyətini necə göstərək? Resurs 6. Təqdimat – Furtio körpüsü/Dandalo körpüsü პრეზენტაცია – ფურტიოს ხიდი/დანდალოს ხიდი. · Acaristanda daştağlı körpülər təqribən neçənci əsrlərdə inşa edirdilər? · Dandalo və Furtio körpüləri hansı material ilə inşa edilmişdir və harada yerləşir? · Sizin fikrinizcə, daş tağlı körpülər əsrlər ərzində necə dözdü · Təqdimatda göstərilmiş Furtio körpüsünün şəkilləri arasında hansı dəyişiklikləri görürsünüz · Məlumat bukletində Furtio və Tamarın körpüləri haqqında olan məlumatları və onların bu günkü vəziyyətlərini necə göstərək? Aktivlik 3. Sinifdə təşkil edərək aşağıda verilmiş hadisəni müzakirə edin və suallara cavab verin.
Qiya və onun dostu əylənmək qərarı aldılar. Evin zirzəmisindən mavi boya tapdılar, hansı ilə ki tarixi tikililərin üzərinə yazılar yazdılar, sonra isə boya ilə tanınmış ictimai xadimin heykəlinidə rənglədilər.
· Necə düşünürsünüz Qiya və onun dostu düzgün hərəkət etdilər yoxsa yox? · Əyləncənın bu formasını siz seçərdiniz ya yox? Cavabınızı əsaslandırın. · Sizin fikrinizcə mədəni irs abidələrinə zərər vermək cinayət sayılır yoxsa yox və qanunla cəzalandırılmalıdır ya yox? Əlavə məlumat ilə tanış olun və aşağıda verilmiş suallardan istifadə etməklə müzakirəyə davam edin. Bilməliyik ki, Gürcüstanın zəngin mədəni irsi vardır, hansını ki qorumaq və və onun qayğısına qalmaq lazımdır. Mədəni irs abidələrini qanun qoruyur. Yalnız abidəyə zərər vermək və ya dağıtmaq deyil, eyni zamanda onun ətrafında abidəyə zərər yetirə biləcək işlə məşğul olmaqda qadağandır. Mədəni irs abidələrinə nazirin əmri ilə uyğun status verilir. Əgər abidə mədəni irs abidələri siyahısına daxil edilibsə ona qəsdən zərər vermək cərimə və ya iki illik həbs qəti imkan tədbiri ilə cəzalandırılır Gürcüstan mədəni irs abidələrinin zənginliyi ilə fərqlənir, hansını ki qayğısına qalmaq və və ona qarşı diqqətli olmaq gərəkdir. Müxtəlif dövrlərin mədəni abidələri Gürcüstan tarixinin canlı şəklini yaradır. Kim ki mədəni abidəyi dağıdır, O, eyni zamanda bilərək və ya bilməyərək millətin tarixini, mədəniyyətini və keçmişinidə məhv etmiş olur. · Mədəni irs abidələrini nə üçün qorumalı və onun qayğısına qalmalıyıq? · Sizin fikirinizcə, turist abidəyi ziyarət edən zaman abidənin zərər görməməsi və ya təhlükə yaranmaması üçün yerli sakin necə davranmalıdır? · Sizin bölgənizdə, şəhərinizdə/kəndinizdə mədəni irs abidələri varmı, ona yerləşdiyi şəraitdə necə qayğı göstərirsiniz? · Addım 2. (Q.T. 3) Acaristanın mədəni abidələri haqqında haradan bilirik və əfsanələr, miflər onlar haqqında bizə nə deyir? (Q.T 3) Resurslar: Təqdimat – Qonio qaliası – პრეზენტაცია – გონიოს ციხე; Təqdimat – Sxalta monastrı – პრეზენტაცია – სხალთის მონასტერი; Təqdimat – Furtio körpüsü/Dandalo körpüsü – პრეზენტაცია – ფურტიოს ხიდი/დანდალოს ხიდი. · Hansı məşhur mif Qonio qalasının tarixi ilə sıx əlaqəlidir? · Arqonavtlar əfsanəsi haqqında nə bilirsiz? · Sizin fikirinizcə, yunan-roma mənbələrində qeyd edilmiş qala adı Ayetin oğlunun adı ilə əlaqəlidirmi? · Sxalta monastrı ilə əlaqəli əfsanələr/deyimlər xalqın yaddaşında necə qalmışdır? · Furtio və Dandalo körpüsünün tikintisi haqqında əfsanə bizə nə deyir? Sizin fikrinizcə, onda həqiqət var ya yox? · Müzakirə edin, Acaristanda yayılmış daş tağlı körpülərə niyə Çariça Tamarın adını verirdilər? · Məlumat bukletində Acaristanın mədəni abidələri ilə əlaqəli əfsanələri/deyimləri necə göstərək? Şagirdlər tərəfindən kompleks tapşırığı təqdim edən zaman müəllim tərəfindən verilmiş suallar: · Tapşırıq üzərindı iş prosesinin necə aparıldığını təsvir et; · Nə məhsul yaratdığını təsvir et; · Hazırladığın tapşırıq hansı mövzu ilə əlaqədardır? · Təsvir et, niyə məlumat bukleti hazırladın? Onun vasitəsilə nəyi vurğulamaq istəyirdin? · Nəyə görə düşünürsənki, sən tərəfindən hazırlanmış məhsul həqiqətəndə məlumat bukletidir? · Sənin fikrincə sən tərəfindən hazırlanmış kompleks tapşırıq ilə kim maraqlanmalıdır və niyə? · Tapşırıq üzərində iş zamanı hansı çətinliklər ilə qarşılaşdın? · Tapşırığa indi başlasan nəyi başqacür edərdin? · Başqa vaxt eyni formalı və ya mənalı tapşırıq yerinə yetirmisənmi? · Sənin fikrincə sənin tapşırığın sinif yoldaşının əsərindən nə ilə fərqlənir və ya bənzəyir?
|