9 ივნისი, ორშაბათი, 2025

კომპლექსური დავალება – დავით აღმაშენებელი

spot_imgspot_img

ფარიზ ბაირამოვი

ბოლნისის მუნიციპალიტეტის სოფელ ნახიდურისა და სოფელ აკაურთის საჯარო სკოლების ისტორიის პედაგოგი, მასწავლებელთა პროფესიული განვითარების ეროვნული ცენტრის ისტორიის საგნობრივი ექსპერტი

 

Uzunmüddətli məqsəd

Yoxlama tədris məqsədi N

Hədəf anlayış- Mənbə

 

Nəticələr: ümumi orta təhsil pilləsi:    1, 2, 5, 6

 

 

Alt anlayış –

·         Salnamə

·         Narativ mətn

·         Maddi mənbələr

Mövzu – Qurucu Davit

Altmövzu

·         Qurucu Davitin çarlığının ilk illəri

·         Qurucu Davitin hərbi uğurları

·         Qurucu Davitin islahatları

 

Açar sual –

Salnamədən istifadə etməklə Qurucu Davit haqqında mövcud olan mənbələri və onlarda verilmiş məlumatları necə göstərim?

 

Kompleks tapşırığın təlimatı-

Təsəvvür edin ki, salnaməçisiniz və gec orta əsrlərin Gürcüstanında yaşayırsınız, qərar verdiniz ki, tarixi materialları, mənbələri tədqiq edib qurucu Davitin xadimliyi haqqında salnamə yazasınız. Salnamə tarixi topludur, buna görə də arzuolunandır ki, o başlıqlara bölünsün, həmçinin istifadə olunmuş mənbələr qeyd edilsin.

Hədəf anlayışın qalıcı  təsəvvürləri 

1)      Tarixçilər keçmiş haqqında məlumatı mənbələrdən əldə edirlər;

2)      Tarixçilər keçmişi öyrənərkən bir neçə növ  mənbələrə ( əşya, etnoqrafik, yazılı, linqvistik, kino-foto-fonodokumentlər) əsaslanırlar;

3)      Hər mənbə eyni cür etibarlı deyil;

4)      Mənbələrdən alınmış məlumatlar birmənalı deyil, ona görədə onların şərh edilməsi  tarixçilər arasında müzakirə mövzusudur  

Qiymətləndirmə kriteriləri-   

 

Salnamədə xüsusi olaraq göstərin:

1.       Qurucu Davitin xadimliyi haqqında istinadları hansı mənbələrdən əldə edirik və onlar bizə hansı məlumatı ötürür (islahatlar, hərbi tədbirlər, xarici siyasət)? (mənbə 1)

2.       Gürcü və xarici mənbələr Didqori döyüşü və onun nəticələri haqqında  bizə hansı məlumat verir və bu mövzu haqqında hansı fikirlər mövcuddur? (mənbə 4)

3.       Qurucu Davitin xadimliyi haqqında hansı tipli ( yazılı, maddi, şifahi) mənbələri tapa bilərik və onlar nə dərəcədə etibarlıdır? (mənbə  2,3).

 

Kompleks tapşırığın həyata keçirilmə mərhələləri (aktivliklər, resurslar, suallar)

Mərhələ I – kompleks tapşırığın şərtinin tanış edilməsi

Resurs:

 ·         https://kaspi.az/az/hekaye-nece-yazilmalidir-her-kesin-istifade-ede-bileceyi-7-usul

·         https://creative.az/az/post/598

·         Old Paper Tutorial – YouTube

Suallar:

·         Salnamə nədir?

·         Salnaməyi necə yazaq?

·         Hər hansı tarixi salnamə bilirsinizmi?

Mərhələ II – kompleks tapşırıq üzərində iş

Addım 1.  Qurucu Davitin xadimliyi haqqında istinadları hansı mənbələrdən əldə edirik və onlar bizə hansı məlumatı ötürür (islahatlar, hərbi tədbirlər, xarici siyasət) ?

 Resurs:

 Dərslik səh. 98-105 , paraqraf 26, 27 , 28

Aktivlik:   

·         Narativ mətnlərin və mənbələrin işlənilməsi, məlumatın analizi

·         Verilən mövzu haqqında qrup işi: Davitin islahatları, tədbirləri, xarici siyasəti

Suallar:

·         Qurucu Davitin tarixçisi „böyük türklük“ haqqında bizə nə məlumat verir?

·         Tarixi mənbələr Qurucu Davitin islahatları haqqında bizə nə məlumatlar verir?

·         Qurucu Davit hərbi islahatı necə həyata keçirdi?

·         Mənbələrə və narativ mətnlərə əsasən dövlət idarəetmə sistemində hansı dəyişikliklər oldu?

·         Ruis-Urbnisi kilsə yığıncağı nə məqsəd daşıyırdı?

·         Türk-Səlcuqlulardan ölkənin azad edilməsi prosesi necə gedirdi və necə sona çatdı?

·         Mənbəyə əsasən Qurucu Davitin Tiflis siyasəti şəhəri aldıqdan sonra necə idi ?

·         Qurucu Davitin regional siyasəti necə idi?

Addım 2. Gürcü və xarici mənbələr Didqori döyüşü və onun nəticələri haqqında  bizə hansı məlumat verir və bu mövzu haqqında hansı fikirlər mövcuddur?

Resurs:  Dərslikdə verilmiş mənbələr, səh. 103-104 ; əlavə 1, əlavə 2 , əlavə 3

Aktivlik:   

·         Mənblərin işlənilməsi

·         Mənbələrdən əldə edilmiş məlumatın müqayisəsi/analizi

 Suallar:

·         Didqori döyüşündən əvvəl ordunun sayı haqqında gürcü və xarici mənbələr bizə nə məlumat verir ?

·         Didqori döyüşünün nəticələri haqqında tarixi mənbələr bizə nə məlumat verir?

·         Didqori döyüşü haqqında mövcud olan gürcü və xarici mənbələrdə hansı oxşarlıqlar və fərqliliklər vardır?

·         Tarixi mənbələrə əsasən Qurucu Davit Tiflisi necə aldı?

·         Tarixi mənbələrə əsasən Davit Aniyi necə aldı?

·         Verilmiş tarixi mənbələr Qurucu Davitin sərkərdəliyi haqqında bizdə hansı təsəvvürləri yaradır?

Addım 3. Qurucu Davitin xadimliyi haqqında hansı tipli ( yazılı, maddi, şifahi) mənbələri tapa bilərik və onlar nə dərəcədə etibarlıdır?

 Resurs: dərslik səh. 98-105 , paraqraf 26, 27 , 28 ;   əlavə 1, əlavə 2 , əlavə 3

Aktivlik:   

·         Mənbələrin ilkin və ikinci dərəcəli mənbələrə sıralanması

·         Mənbələrin kateqoriyalaşdırılması: şifahi, yazılı, maddi

·         Mənbələrin etibarlılığı haqqında müzakirə

 Suallar:

·         Qurucu Davit haqqında hansı növ mənbələr mövcuddur?

·         Hansı növ mənbədən alınmış məlumat daha əhamiyyətlidir (şifahi, yazılı, maddi) ? Nə üçün?

·         Yuxarıda verilmiş mənbələr nə dərəcədə etibarlıdır?

·         Ilkin və ikinci dərəcəli tarixi mənbələr hansıdır?

 

Şagirdlər tərəfindən kompleks tapşırığı təqdim edən zaman müəllim tərəfindən verilmiş suallar:

  • Tapşırıq üzərindı iş prosesinin necə aparıldığını təsvir et;
  • Nə məhsul yaratdığını təsvir et;
  • Hazırladığın tapşırıq hansı mövzu ilə əlaqədardır;
  • Təsvir et, niyə salnamə hazırladın? Onun vasitəsilə nəyi vurğulamaq istəyirdin?
  • Nəyə görə düşünürsənki, sən tərəfindən hazırlanmış məhsul həqiqətəndə salnamədir?
  • Sənin fikrincə sən tərəfindən hazırlanmış kompleks tapşırıq ilə kim maraqlanmalıdır və niyə?
  • Tapşırıq üzərində iş zamanı hansı çətinliklər ilə qarşılaşdın?
  • Tapşırığa indi başlasan nəyi fərqli yerinə yetirərdin?
  • Başqa vaxt eyni formalı və ya mənalı tapşırıq yerinə yetirmisənmi?
  • Sənin fikrincə sənin tapşırığın sinif yoldaşının əsərindən nə ilə fərqlənir və ya bənzəyir?

Əlavə 1

Didqori döyüşü zamanı ordunun sayı

Sultan və İlqaz 600000 döyüşçü ilə çarın ölkəsinə müharibə məqsədi ilə daxil olmuşlar, Çar Davit, müqəddəs xaç nişanəsi ilə yaraqlanmış, 80000 xristian döyüşçüsü ilə birlikdə, iki dağ arasında düşmənin hücumunu gözlədikləri meşə ilə örtülmüş dərədə dayandı.

                                                                                                                          Qotiye

Türklərin ordusuna qarşı qırx min güclü və cəsur əsgər və təcrübəli döyüşçü ilə getdi (Çar Davit). Onun Qıpçaq xanından on beş min cəsur və seçilmiş, eyni zamanda alan qəbiləsindən beş yüz və yüz frank döyüşçüsüdə var idi.

Urhaeli (Urfalı) Mate, erməni tarixçisi

Didqori döyüşünün nəticəsi haqqında mənbələr

At və atılmış silah-sursatlar ilə bütün düzənlik örtüldü.

Urhaeli (Urfalı)  Mate.

Onlar (gürcülər) qarşı tərəfdən  hədsiz zənginliklər müsadirə etdilər.

Əl-farik.

Bizim ordu və daha çox bütün çarlıq qızıl və gümüşlərlə, ərəb atları, suriyə qatırları, xalçalarla, başqa dəyərli döyüş silahları….  qiymətli əşyalar ilə doldu…  bütün bunları yazmağa  nə kağız, nə də ki mürəkkəb bəs edərdi.

Kartlinin həyatı, Davitin tarixçisi

Əlavə  2

Tiflisin alınması

Didqori döyüşündən sonra :

Çar ilk döyüşdəcə Tiflis şəhərini aldı (1122 ci il), bu şəhərə 400 il farslar (müsəlmanlar) sahib idilər və oraya öz övladlarını  həmişəlik yerləşdirdi.

Kartlinin həyatı, Davitin tarixçisi

Əlavə 3

Gürcü çarı Davit farsların (müsəlmanların) ordusunu amansızca qırdı, təqribən 20 000 insan məhv etdi və ermənilərin taxt şəhəri olan Aniyi aldı… O, Aniyi əsirlikdən azad etdi, hansı ki 60 il əsirlikdə idi… və hər erməninin evində sevinç var idi.

Urhalı Mate, erməni tarixçisi

spot_imgspot_img
მსგავსი სიახლეები

მკითხველთა კლუბი

ბლოგი

კულტურა

უმაღლესი განათლება

პროფესიული განათლება