İbtidai sinif müəllimləri üçün test İyul 2025
Fənn biliyi
Azərbaycan dili və ədəbiyyatı
(1) 1. Hansı sözün yazılışı düzgündür?
a) dəvə-dabanı b) sıxmaboğma c) xırdabuynuz d)lütf-kar
İzahı: Dəvədabanı və lütfkar sözləri bitişik, sıxmaboğma defislə yazılır. Düzgün cavab: C
(1) 2. „Qələm“ sözü hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmişdir?
a) Qələmi bizə, demək olar ki, qənim kəsilib. b) Qələmi ədalət və haqq yolunda işlət.
c) Qələmi mənə ver. d) Qələmi sabah qaytararsan.
İzahı: Onun qələmi bizə qənim kəsilib. Düzgün cavab: A
(1) 3. Hansı cümlədə „o“ əvəzliyindən sonra vergül qoyulmalıdır?
a) O tərəfdə dayan. b) O yaxşı yoldaşdır. c) O ki səni tanımır. d) O da belə düşünür.
İzahı: O, yaxşı yoldaşdır. Düzgün cavab: B
(6) 4. Aşağıdakı cümlələrdə morfoloji və sintaktik səhvlərə yol verilmişdir. Səhvləri tapın, düzgün formada qeyd edin. Müəllim nəyi bilməlidir ki, bənzər səhvə yol verməsin? Qeyd edək ki, düzgün yazılmış sözü səhv formada dəyişsəniz, bal itirəcəksiniz.
Sinifə beş nəfər yeni şagird daxil olmuşdular. Onların əyinində məktəbli forması, çiynində yeni çanta var idi. Onlardan biri Əhməd müəllimin oğlu idi. Artıq sinifdə xeyli uşaq olmuşdu. Buna baxmayaraq, onlar müəllimləri yaxşı dinləyirdilər, oxuyur və yazırdılar.
İzahı: 4 səhv var:
1. Sinifə-sinfə, – Dilimizdəki bəzi ikihecalı ərəb-fars mənşəli sözlərə saitlə başlanan şəkilçi artırıldıqda kökdəki son sait düşür.
2. Əyinində-əynində, – Dilimizdəki bəzi ikihecalı milli mənşəli sözlər yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə kökdəki son sait düşür.
3. Sinifə beş nəfər yeni şadird daxil olmuşdular-. Sinfə beş nəfər yeni şagird daxil olmuşdu. – Cümlədə mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Mübtəda və xəbər şəxsə və kəmiyyətə görə uzlaşmalıdır.
4. Buna baxmayaraq, onlar müəllimləri yaxşı dinləyirdilər, oxuyur və yazırdılar. Buna baxmayaraq, onlar müəllimləri yaxşı dinləyir, oxuyur və yazırdılar. – Həmcıns üzvlərdə təkrar olunan bəzi qrammatik şəkilçilər və hissəciklər sonuncu saxlanılmaqla ixtisar olunmalıdır
(2) 5. Cümlədə hansı səhvə yol verilmişdir? İzah edin. Müəllim nəyi bilməlidir ki, bənzər səhvə yol verməsin?
Göyə qalxdı təyyarəmiz qartal kimi vüqarla.
Olmalıdır: ✓ Təyyarəmiz qartal kimi vüqarla göyə qalxdı. ✓ Sadə cümlədə söz sırası pozulmuşdur. ✓ Geniş cümlənin əvvəlində mübtəda, xəbər isə sonunda gəlir.
6. Şifahi xalq ədəbiyyatı nümunəsi olan “Təmənnasız yaxşılıq” əfsanəsini oxuyun və 6.1. – 6.4. tapşırıqlarını yerinə yetirin.
TƏMƏNNASIZ YAXŞILIQ
Qoca bir əkinçi tarlada işləyən zaman gördü ki, bir quzğun caynağına aldığı hacıleyləyi yuxarıdan buraxıb daşa çırpdı. Quzğun leyləyin üstünə bir də şığımaq istədi. Ancaq ona qədər qoca özünü hacıleyləyə çatdırdı. Quzğun qocanı görüb havada bir neçə dövrə vurdu və uçub getdi. Qoca baxdı ki, leyləyin qanadı və qıçı qırılıb. Axşam evə dönəndə hacıleyləyi də özü ilə gətirdi. Bir müddət onu müalicə etdi. Hacıleyləyin qanadı və qıçı sapsağlam oldu. Qoca əkinçi buna çox sevindi. O, hacıleyləyi gətirib çölə buraxdı.
Aradan xeyli keçdi. Qoca əkinçi şuma toxum səpirdi. Bir də gördü ki, budur ha, hacıleylək gəldi, onun başı üstündə çırpınıb qanad çaldı. Axırda da ağzından yerə bir neçə toxum salıb getdi. Qoca bildi ki, bu, xeyirliyədir. Toxumları səliqə ilə torpağa basdırdı. Vaxt-vədə gəlib çatdı. Bu toxumdan iri qarpızlar əmələ gəldi. Qoca qarpızlardan birini kəsdi. Baxdı ki, içindən qızıl tökülür. Sevincək qarpızları yığıb evə apardı.
Bu xəbər ölkənin padşahına çatdı. Hökmdar əkinçini hüzuruna çağırdı. Ondan bu məsələnin sirrini soruşdu. Qoca əkinçi çarəsiz qalıb hacıleylək əhvalatını danışdı.
Şah əmr edib dedi:
– Hər necə olur-olsun, həmin hacıleyləyi mənə gətirərsən.
Ağır cəzadan qorxan qoca əkinçi tor düzəltdi, tələ qurdu, çox çətinliklə hacıleyləyi tutub şaha gətirdi. Şah əmr elədi ki, hacıleyləyin qanadının birini və bir qıçını sındırsınlar. Sonra şah quşa xüsusi bir yer ayırdı. Onu böyük bir qayğı ilə sağaltmağa başladı. Quşu sağaltdıqdan sonra onu öz əlləri üstə alıb havaya uçurdu. Hacıleylək bir an içərisində uçub görünməz oldu, çox-çox uzaqlara uçdu. Şah hər gün pəncərənin qabağında durub quşun yolunu gözləyirdi. Quş, həqiqətən, bir səhər geri qayıtdı və ağzında bir neçə toxum gətirdi.
Şahın adamları quşun güllü bağçaya atdığı toxumları bir-bir yerdən yığdılar. Şahın əmri ilə bağçanı tərtəmiz etdilər. Qızılgül kollarını çıxarıb bir kənara atdılar. Əvəzində torpağa quşun gətirdiyi toxumları əkdilər. Bir neçə gündən sonra bağçanı qaratikan kolu ağzına götürdü. Qaratikanı nə qədər qoparıb atdılar, kökünü kəsə bilmədilər.
Şah elə bildi ki, qoca əkinçi onu aldadıb, başqa hacıleyləyi gətirib. İstədi, onu çağırıb boynunu vurdursun. Bu vaxt şahın müdrik vəziri ona dedi:
– Şahım sağ olsun. Qocanın burada günahı yoxdur. Quş elə həmin quşdur. Amma qoca əkinçinin ona etdiyi yaxşılıq təmənnasız, səninki isə təmənnalı yaxşılıq idi. Bunu bilən quş hər kəsə öz payını çatdırıb.
6.1.-6.2. tapşırıqların şərtləri ilə tanış olun və hər bir sualın təxmini cavablarından mətnə əsasən düzgün olan variantı seçin.
(1) 6.1. Xüsusiyyətlərdən hansını şaha aid etmək olar?
a) O, xeyirxah və qayğıkeş insan idi. b) Xalqına zülm edən və acgöz insan idi.
c) Ağıllı və müdrik adamlara qiymət verən insan idi. d) Səbirsiz və xudpəsənd insan idi.
Doğru cavab: b
(1) 6.2. Verilən atalar sözlərindən hansı mətnin ideyasına uyğun deyil?
a) Nə tökərsən aşına, O da çıxar qaşığına. b) Əl tutanın əlini tutarlar. c) Yaxşılıq yerdə qalmaz. d) Yaxşı olsa, ağadan, Pis olsa, nökərdəndir.
Doğru cavab: d
6.3.-6.4. tapşırıqlarının şərtlərini diqqətlə oxuyun. Fikrinizi aydın, yığcam və əsaslandırılmış şəkildə təqdim edin. Əsaslandırılmış mülahizə məntiq baxımından formalaşmış və ədəbi dil normaları əsasında tərtib olunmalıdır
(2) 6.3. „Qızılgül kollarını çıxarıb bir kənara atdılar, əvəzində torpağa quşun gətirdiyi toxumları əkdilər“ cümləsi ilə aydın olur ki;
İzahı: İnsan sahib olduğunun dəyərini bilmir. Başqasına göz dikir və əlində olan ən dəyərlini də itirir…
(2) 6.4. Vəzirin dediyi: „Bunu bilən quş hər kəsə öz payını çatdırıb“. cümləsində nə nəzərdə tutulmuşdur və ümumiyyətlə, təmənnasız yaxşılıq necə olmalıdır?
İzahı: Yaxşılığın qarşılığı yaxşılıqdır, pisliyin isə pislikdir. İnsan həyatda etdiyi hər bir əməlin qarşılığını alır. Təmənnasız yaxşılıq qarşılıq gözlənilmədən edilən yaxşılıqdır…
7. Cabir Novruzun „Sağlığında qiymət verin insanlara“ şeirini oxuyun, 7.1. və 7.2. tapşırıqlarını yerinə yetirin.
Bir arzum var, ay adamlar, qoyun deyim, Bu sözlərim düz olmasa töhmət edin.
Sağlığında qiymət verin insanlara, Sizdən rica eləyirəm milyon kərə,
Yaxşılara sağlığında yaxşı deyin, Şairlərə sağlığında hörmət edin,
Sağlığında yaman deyin yamanlara. Sağlığında heykəl qoyun ölməzlərə…
Yalnız, yalnız sağ olanda, Gələcəyə çox da ümid bağlamayın,
Hər kəs əsl qiymətini bilər onda, Sözünüzü sonralara saxlamayın.
(2) 7.1. Müəllifin „sağlığında“ sözünü bir neçə dəfə işlətməkdə məqsədi nədir və bu sözün hansı bədii ifadə vasitəsi olduğunu aydınlaşdırın.
İzahı: Şair „sağlığında“ sözünü təkrar etməklə təkrirdən istifadə etmişdir.Təkririn vasitəsilə şeirin emosianalığını və obrzlılığını yaratməşdır.
(2) 7.2. Müəllifin əsas fikrinin nə olduğu haqqında mülahizə yürüdün; Şeirdəki əsas problemi ümumiləşdirin.
İzahı: İnsanlara sağlığında qiymət verə bilmirik, əməyini qiymətləndirmirik. İnsanları itirdikdən sonra onların qədrini bilir, həyatımızdakı yerini anlayırıq. Nəyi itirdiyimizi sonradan dərk edirik…
Riyaziyyat
(1) 8. Avtobusda bir neçə sərnişin var idi. Birinci dayanacaqdan sonra sərnişinlərin sayı ikiqat artdı, ikinci dayanacaqdan sonra 5 vahid azaldı, üçüncü dayanacaqdan sonra yenə ikiqat artdı, dördüncü dayanacaqdan sonra isə 6 vahid azaldı. Bundan sonra artıq avtobusda sərnişin qalmadı. İlk anda avtobusda neçə sərnişin olub?
a) 4 b) 5 c) 6 d)7
İzahı: Dayanacaqda olan sərnişinlərin sayı x olsun. Onda ardıcıl olaraq şərtlərdən istifadə etsək, alarıq: (2x-5∙2) – 6 = 0. Buradan x=4 alarıq.
Cavabları yoxlamaqla da ala bilərik: 4∙2 -5 =3, 3∙2=6. 6−6=0. Doğru cavab: a)
(1) 9. 𝐵 12-nin, 𝐶 24-ün bölənlər çoxluğunu təşkil edir və 𝐵 ∪ 𝐶 isə bu çoxluqların birləşməsidir. 𝐵 ∪ 𝐶 çoxluğunun elementlərinin sayını tapın.
a) 8 b) 10 c) 12 d)14
İzahı: 12-nin bölənləri çoxluğu 24-ün bölənləri çoxluğuna daxil olduğundan, 24-ün bölənləri sayı 8 dənə olacaqdır. {1,2,3,4,8,6,12,24} Doğru cavab: a)
(1) 10. 𝐴 nöqtəsi 𝑥 oxuna nəzərən 𝐵(4; −3) nöqtəsinə simmetrikdir, 𝐶 nöqtəsi isə 𝑦 oxuna nəzərən 𝐴 nöqtəsinə simmetrikdir. 𝐶 nöqtəsinin koordinatlarının cəmi nəyə bərabərdir?
a) (−2)-yə; b) (−1)-ə; c) 2-yə; d)1-ə.
İzahı: x oxuna nəzərən simmetrik olan nöqtənin ordinatı işarəsini dəyişir. A(4; 3). Bu nöqtənin absisini dəyişsək, C(-4; 3) alarıq. Koordinatları cəmi -1-ə bərabaər olar. Doğru cavab: b)
(1) 11. 𝑚 ədədi 6-nın misli olan natural ədəddir, 𝑛 isə 3-ün misli olmayan cüt natural ədəddir. Sadalanan ifadələrdən hansının qiyməti 6-nın mislidir?
a) 2(𝑚 + 𝑛) + 3(4𝑚 + 𝑛) b) (4𝑚 + 3𝑛) + 2(3𝑚 + 4𝑛)
c) 6(3𝑚 + 𝑛) + 5(2𝑚 + 𝑛) d) 3(4𝑚 + 𝑛) + 2(𝑚 + 3𝑛)
İzahı: 3-ə bölünən cüt ədədlər 6-ya bölünməsindən istifadə edə bilərik. m=6 və n=2 toplananlarda yoxlamaqla d) bəndinin doğru olduğunu ala bilərik: 3∙26 + 2∙12 Doğru cavab: b)
(1) 12. Hər birindən bir ədəd olmaqla yalnız 3, 5, 7 kiloqramlıq çəki daşları var. Bu çəki daşlarını istifadə edərək aşağıdakı neçə kiloqramlıq əşyanı boşqablı tərəzidə çəkə bilmərik?
a) 1 b) 2 c) 6 d)9
İzahı: Burada 6 kg-lıq əşyanı heç biri və ya birləri ilə bərabərləşdirmək olmur. Doğru cavab: c)
(1) 13. Verilmiş üç ədəddən birinci ədəd ikinci ədədin 1/3 hissəsinə, ikinci ədəd isə üçüncü ədədin 1/2 hissəsinə bərabərdir. Üçüncü ədəd bu ədədlərin cəminin hansı hissəsini təşkil edir?
a) 2/3 b) 3/4 c) 3/5 d) 4/5
İzahı: İkinci ədədi 3-ə bölünən bir 6 ədədi qəbul edək, onu 3-ə bölsək, birinci ədədi 2 alarıq. Üçüncü ədəd isə ikincini 2-yə vurmaqla 12 alarıq. Bu ədədləri toplasaq: 6+2+12= 20 alarıq. 12/20=3/5 Doğru cavab: c)
Məlumatların təhlili
Diaqramda mayın 12-dən 18-i də daxil olmaqla su anbarına nə qədər suyun töküldüyü və bu su anbarından istehlakçılara gündəlik nə qədər suyun verildiyi göstərilmişdir.
Növbəti iki suala bu diaqram əsasında cavab verin.
(1) 14. Sadalanan günlərin hansında əvvəlki günlə müqayisədə həm anbara axan suyun miqdarı, həm də istehlakçıya verilən suyun miqdarı azalıb?
a) Mayın 13-də; b) Mayın 14-də; c) Mayın 15-də; d) Mayın 16-da.
İzahı: Diaqramdan görünür ki, mayın 16-sı günü əvəlki gündə olduğu kimi anbara axan suyun miqdarı, həm də istehlakçıya verilən suyun miqdarı azalıb. Döğru cavab: d
(1) 15. Əgər mayın 12-si günün sonunda anbarda suyun miqdarı 16 min -ə bərabər idisə, mayın 13-ü günün sonunda anbarda neçə min
su var idi?
a) 11 b) 12 c) 13 d) 14
İzahı: Diaqramdan görünür ki, 12-si günü qalan 12 min suya 10 min
əlavə edilib, 14 min
istehlakçıya verilib. Nəticədə 16+10-14 = 12 olar. Döğru cavab: b)
(1) 16. Tea, Lika, İa və Salome bacıdırlar.
İki müddəa verilmişdir:
I. Bacılardan ən az biri ölkə xaricində olub.
II. Bacılardan ən az biri ölkə xaricində olmayıb.
Aşağıda sadalananlardan hansı mümkün deyil?
a) Hər iki müddəa səhvdir; b) Hər iki müddəa doğrudur; c) Birinci müddəa səhv, ikinci isə doğrudur; d)Birinci müddəa doğru, ikinci isə səhvdir.
İzahı: Müddəalar bir-birinə ziddiyyət təşkil etdiyinə görə hər ikisi səhvdir. Cavab: a
(1) 17. Əgər 𝑥 ədədi 𝑦 ədədindən 2 dəfə çoxdursa, onda (7𝑥 − 4𝑦) ədədi (3𝑥 − 𝑦) ədədindən neçə dəfə çoxdur?
a) 2 b) 3 c) 4 d)5
İzahı: x ədədinə 2, y ədədinə 1 qiymət verək. Onda alarıq (14-4=10) və (6-1=5). 10:5=2 Doğru cavab: a
(1) 18. Kubun həcmi 8 sm3-dir. Bu kubun səthinin sahəsi nəyə bərabərdir?
İzahı: Həcmi 8 olan kubun tərəfi 2 sm olar. Kubun 6 üzü olduğundan 6∙4=24. Doğru cavab: b
(1) 19. Turist üç saat ərzində hərəkət edirdi. Birinci saat ərzində o, gedilən yolun üçdə birini, ikinci saat ərzində yolun dörddə birini, üçüncü saat ərzində isə qalan 5 km-ni qət etdi. Aşağıdakı ifadələrdən hansı turistin neçə kilometr yol qət etdiyini göstərir?
a) 5 + 1: (1/3+ 1/4) b) 5 + 1: (1/3 − 1/4) c) 5 ∶ (1 − 1/3 − 1/4) d) 1/3 + 1/4 + 5
İzahı: Yolun uzunluğunu 1 vahid qəbul etsək, ondan birinci və ikinci saatda gedilən hissələri çıxarıq 1 − 1/3 − 1/4. Qalan hıssəni tapmaq üçün 5 km uzunluğu qalan hissəyə bölməliyik. Cavab:c
(3) 20. Şirkətin üç sahibi aksiyaların satışından əldə olunan gəliri müvafiq olaraq 4:5:1 nisbətində öz aralarında böldülər. Eyni məbləğ şirkət sahibləri arasında 2:2:1 nisbətində bölünsəydi, onlardan biri 400 lari daha çox alacaqdı. Aksiyaların satışından əldə olunan ümumi məbləğ neçə lari olub? Cavabınızı əsaslandırın.
İzahı: Satışından əldə olunan gəlir x olarsa, şirkət sahibləri 4x, 5x və x qədər gəlir götürməlidirlər. Eyni məbləği 4x, 4x və 2x şəklində bölsələr, yalnız üçüncü çirkət sahibi 400 lari çox alar. Deməli əvvəl 400 lari alıbmış. Qalan sahibkarlar 1600 ları və 2000 lari gəlir əldə etmişdir. Aksiyaların satışından əldə olunan ümumi məbləğ 400+1600+2000= 4000 lari olmuşdur. Cavab: 4000 lari.
(3) 21. Şagirdlərə aşağıdakı işi təklif etdilər:
Növbəti səhifədə şagirdlərdən birinin hazırladığı iş verilmişdir:
♦ Şagird tərəfindən buraxılmış hər bir səhvi göstərin və düzgün şəkildə yazın.
Cəmi 6 səhv buraxılıb:
1) Mərtəbələrin yazılmasında səhv buraxılıb. II. 4060 kq əvəzinə olmalıdır: 40060 kq. III. 510 san əvəzinə olmalıdır: 310 san.
2) II. Mötərizədə ifadənin yazılmasında səhv buraxılıb. 86 − (28 − 8)- əvəzinə olmalıdır:
86 − 28 − 8 = 86 − (28 + 8)
3) Əməliyyatın seçilməsində səhv buraxılıb. 120 − 56 = 64- əvəzinə olmalıdır:
120 + 56 = 176
4) Balıqqulağının sayını hesablamaq üçün ifadənin yazılmasında səhv buraxılıb.
2 ∙ (5 − 1) = 8- əvəzinə olmalıdır: 2 ∙ (5 + 1) = 12
5) Pərimetrin hesablanması üçün ifadənin yazılması zamanı səhvə yol verilib, 2 ∙ (3 + 2) = 10 𝑠𝑚. əvəzinə olmalıdır: 2 ∙ 2 ∙ (3 + 2) = 20 sm.
Akademik qabiliyyət
Oxunmuş mətnin dərk edilməsi
Mətni diqqətlə oxuyun və düşünün. Hər sualın ehtimal olunan cavablarından verilən mətnə görə düzgün variantı seçin.
Bu və ya digər sualla tanış olduqdan sonra suala cavab vermək üçün mətnə qayıtmaq, müvafiq parçanı yenidən oxumaq və suala keçmək lazım gələ bilər. Bunu mətnin, eləcə də hər sualın sonunda verilmiş müvafiq qeydi “basmaqla” asanlaşdıra bilərsiniz.
I Təhsildə qeyri-bərabərlik təhsil imkanları, resursları və müvafiq olaraq, nəticələr baxımından müxtəlif qruplar arasında mövcud olan fərqlərə deyilir. Qeyri-bərabərlik iqtisadi, sosial, gender, etnik və ya digər amillərdən asılı olaraq müxtəlif istiqamətlərdə özünü göstərə bilər. Məsələn, aztəminatlı ailələrdən olan uşaqların yüksək keyiffətli məktəblərə, müəllimlərə, texnologiyaya və əlavə təhsil resurslarına əlçatanlığı kimi təhsil imkanları çox vaxt daha az olur. Bu səbəbdən uğur qazanmaqda çətinlik çəkə bilərlər. Həmçinin bəzi mədəniyyətlərdə mühafizəkar gözləntilər və qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipik inanclar səbəbindən qızların təhsil almaq imkanları məhduddur.
II Təhsildə qeyri-bərabərlik bilavasitə insan kapitalı indeksi ilə əlaqəlidir. Bu indeks ölkə əhalisinin təhsil və sağlamlıq vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsini əks etdirən göstəricidir. Əgər hər hansı bir ölkənin əhalisi keyfiyyətli təhsil və səhiyyə xidmətləri alırsa, onun “insan kapitalı” yüksəkdir. Bu o deməkdir ki, həmin ölkənin vətəndaşları öz imkanlarını reallaşdırmaq üçün yaxşı şəraitə malikdirlər və bu isə müvafiq olaraq ölkə iqtisadiyyatının gücünü müəyyən edir.
III Belə bir inanc mövcuddur ki, kifayət qədər çox çalışsan, bütün məqsədlərinə çatacaqsan. Nailiyyət bacarıqların, motivasiyanın və zəhmətin nəticəsidir. Müvafiq olaraq, sosial mənşəyindən asılı olmamalıdır. Lakin sosial-iqtisadi vəziyyəti aşağı olan ailələrin uşaqları qeyri-bərabər şəraitə görə çox vaxt öz imkanlarını reallaşdıra bilmirlər. Aztəminatlı ailələr çox vaxt övladlarının təhsilinə böyük sərmayə qoya bilmirlər ki, bu da aşağı keyfiyyətli təhsil və nəticədə bu şagirdlərin əmək bazarında imkanlarının aşağı olması ilə nəticələnir. Bu, sosial-iqtisadi cəhətdən həssas qrupları yüksək səviyyəli təhsilə malik olma ehtimalının daha az olduğu pis dövranı qapalı qrupa çevirən qeyri-bərabərsizliyi yaradır.
IV Təhsildə qeyri-bərabərlik məsələsi ilə maraqlanan fransız tədqiqatçısı Sebastian Qudo fərqli aspektə diqqət yetirib. Onun araşdırmasına əsasən, qeyri-bərabərlik erkən yaşlarda başlayır.
Sosial mənsubiyyət uşağın dərs zamanı verdiyi töhfəyə, həmçinin uşaqların özlərini və başqalarını necə qiymətləndirməsinə təsir göstərir. Məlum olub ki, aşağı sosial təbəqədən olan ailələrin uşaqları yuxarı sosial təbəqədən olan həmyaşıdlarına nisbətən qrup müzakirələrində daha az iştirak edirlər. Bu vəziyyətin uşaqların dil bacarıqlarının olmaması və özünüifadə edə bilməməsi ilə izah edilməməsi mühümdür Aşağı təbəqədən olan ailələrdə adi olan normalar məktəbdə mövcud olan normalara ziddir. Bu cür ailədən olan uşaqların özünüifadə formaları və mədəni təcrübələri sinifdə daha az dəyərləndirilir.Həmin uşaqlar özlərini başqaları ilə müqayisə edir, fərqliliklər, ev və məktəb arasında mədəni uyğunsuzluqlar və onlara qarşı mənfi gözləntilər aşkar edirlər ki, bu da başqaları tərəfindən mühakimə olunmaq qorxusunu gücləndirir və nəticədə özlərini ifadə etməkdən boyun qaçırırlar.
V Təhsilin erkən mərhələsində yaradılan qeyri-bərabər tədris mühiti təhsil karyerası boyu nailiyyət fərqləri üçün mühüm əsaslardan biridir.
(1) 34. Birinci abzasda verilən misallar təhsildə qeyri-bərabərliyin hansı iki səbəbinin göstəricisidir?
a) İqtisadi və Etnik; b)Etnik və Gender;
c) Sosial və Etnik;
d) İqtisadi və Gender.
1) 35. Sadalananlardan hansında təhsildəki qeyri-bərabərlik ilə insan kapitalı indeksi arasındakı əlaqə düzgün təqdim olunmuşdur?
a) Yüksək gəlirli ölkələrdə birmənalı şəkildə əlçatan təhsil və yüksək insan kapitalı indeksi var;
b) Əgər ölkədə yüksək insan kapitalı indeksi varsa, bu o deməkdir ki, bu ölkədə aşağı keyfiyyətli təhsil almış şəxs yoxdur;
c) Əgər insanlar təhsil alarkən müxtəlif şəraitə malik olsalar, onların imkanları az inkişaf edər və buna uyğun olaraq ölkədə insan kapitalı da zərər görər;
d)Yoxsulluq insanların aşağı keyfiyyətli təhsilini şərtləndirir, lakin bunu keyfiyyətli səhiyyə ilə kompensasiya etmək olar, buna görə də insan kapitalına zərər dəyməyəcək.
1) 36. Mətnin üçüncü abzasında oxuyuruq: “Nailiyyət bacarıqların, motivasiyanın və zəhmətin nəticəsidir”. Sadalananlardan hansı bu
fikri şübhə altında qoyur?
a) Ana dili ilə məktəbin tədris dili üst-üstə düşməyən şagirdlərin əksəriyyətinin akademik göstəriciləri yüksək deyil;
b) Sistematik olaraq dərs buraxan şagirdlər akademik uğur qazana bilmirlər;
c) Tapşırıqları sistemli şəkildə yerinə yetirmək vərdişi formalaşmayan şagirdlər akademik uğur qazana bilmirlər;
d)Səbirli olmaq qabiliyyəti adekvat formalaşmayan şagirdlərin əksəriyyəti akademik uğur qazanmır.
(1) 37. Aşağıdakılardan hansı mətnin dördüncü abzasında təsvir edilən tədqiqatın nəticələrinə əsaslanaraq çıxarılan düzgün nəticədir?
a) Dil səriştəsi və özünüifadə bacarıqları baxımından uşaqlar arasındakı fərqlər onların təlim fəaliyyətlərinə cəlb edilməsinə təsir edir, bu da, müvafiq olaraq, təhsilin əlçatanlığı baxımından maneə yaradır;
b) Tədris mühitində öz fərqliliyini dərk etməsi və dəstəyin olmaması uşaqların özünəinamına mənfi təsir göstərir ki, bu da onların imkanlarını reallaşdırmasına mane olur;
c) Uşaqlar arasındakı sosial mənsubiyyət fərqləri ilk növbədə onların müxtəlif mədəni təcrübələri ilə
izah olunur ki, bu da qeyri- bərabər təlim mühiti yaradır;
d)Uşaqların özünüqiymətləndirməsi təlim mühitinə uyğunlaşmaq üçün maneə ola bilməz; qeyri-bərabər
təhsil mühiti məktəbdəki bütün uşaqlar üçün eyni normaları yaradır.
(1) 38. Aşağıdakılardan hansı verilmiş mətnin məqsədi deyil?
a) Bizi təhsildəki qeyri-bərabərliyin müxtəlif səbəbləri ilə tanış etmək;
b) Təhsildəki qeyri-bərabərlik və ölkənin iqtisadi gücü arasındakı əlaqənin əhəmiyyətini vurğulamaq;
c) Müasir araşdırmanın nəticələrinə əsasən təhsildəki qeyri-bərabərliyin aradan qaldırılması
yollarını müəyyən etmək;
d)Bu və ya digər amilin təhsildəki qeyri-bərabərliyə necə və hansı yolla təsir etdiyini izah etmək.
(9) 39. Analitik yazı
Tapşırıqda verilən iki bir-birinə zidd müddəa ilə diqqətlə tanış olun. Onlardan birinin lehinə seçim edin.
Seçiminizi əsaslandırmaq üçün arqumentlər gətirin və zidd olan müddəanı tənqidi olaraq qiymətləndirin.
a) Valideynlər uşaqların inkişaf prosesinə dəstək olmaq və təlim-tədris prosesinin keyfiyyətinin\yaxşılaşdırılması üçün məktəb həyatında fəal şəkildə iştirak etməlidirlər.
b) Valideynin məktəb proseslərində iştirak etməsi pedaqoqun avtonomluğunu
məhdudlaşdırır və uşaqlarda müstəqilliyin formalaşmasına mane olur.
Yazı işi,ən az, 120 sözdən ibarət olmalıdır.
Analitik yazı nümunəsi: (Qeyd etmək istərdim ki, bu yazı ən yüksək balla qiymətləndirilmişdir.
Yazının müəllifi baş müəllim Sevda Şahverdiyevadır.)