Keçici sənəd qüvvədədir – Sxemdə hansı dəyişikliklər həyata keçirildi

730

Qəzetimizdə Peşəkar İnkişaf Milli Mərkəzinin direktor müavini Manana Ratiani ilə müsahibəni dərc edirik – “Keçici sənəd qüvvədədir – sxemdə hansı dəyişikliklər həyata keçirilmişdir”. Sənəddə peşəkar inkişaf və karyera irəliləyişi sxemində yenicə təsdiq edilmiş dəyişikliklər nəzərdən keçirilir. Qeyri-gürcüdilli məktəb müəllimlərinə aid olan suallara cavabları sizə təklif edirik.

 Keçici sənədin əsasında, qeyri-gürcüdilli müəllimlər üçün fənn kompetensiyasının təsdiqi 2021-ci ildən baş verəcəkdir. Bu onu bildirirmi ki, onlar peşəkar inkişaf və statuslarını dəyişə biləcəklər?

– Etiraf etməliyik ki, qeyri-gürcüdilli məktəblərdə və şöbələrdə tədris edən müəllimlər digər müəllimlərlə bərabər şərtlərdə olmayacaqlar. Məhz buna görə də, indi qeyri-gürcüdilli müəllimlər üçün 2021-ci ilə qədər başqa yollarla statuslarını yaxşılaşdırmaq imkanını verən sənəd üzərində işləyirik. Biz onlara sentyabr ayından etibarən alternativ yollar təklif edəcəyik. İşlər intensiv şəkildə davam edir, prosesə nazirlik cəlb olunmuşdur və onlar üçün imtahanların müqabilində başqa növdə peşəkar inkişaf imkanları yaradılacaqdır. Düşünürəm ki, onların ədalətsiz şəkildə zərər görməmələri çox önəmlidir.

Dövlət 2010-ci ildən etibarən qeyri-gürcüdilli müəllimlərə həm peşəkar bacarıqlar və eləcə də fənn imtahanı üzrə imtahana çıxışı təklif edir. Onlar üçün fənn imtahanı testləri tərcümə edilmişdir, peşəkar bacarıqların imtahanını isə onlar gürcü dilində başa düşməli və sonra da ana dilində yazmalıdırlar. Bu, müəyyən çətinliyi təqdim edir, çünki bu təlimat hər kəs üçün asan deyil. Buna görə də onlar üçün edilən təkliflər vəziyyətə uyğun olmalıdır. Bunu bizim alternativ təklifimiz nəzərdə tutur. Amma heç bir halda kvalifikasiyadan imtina etmirik və plankanı (çubuğu) aşağı endirmirik, bununla yanaşı hərtərəfli dəstək verəcəyik ki, peşəkar cəhətdən inkişaf etsinlər və statuslarını da qaldırsınlar. Amma bu, imtahan deyil, imtahanın alternativləri olacaqdır, hərçənd imtahan adi yol kimi qalacaqdır.

– Onların peşəkar inkişafı yerlərindəmi baş verəcəkdir?

– Bunun haqqında danışmaq hələ tezdir, amma çox maraqlı təkliflərimiz vardır. İşçi sənədləri yaradan kimi, yerlərə gedəcəyik, müəllimlərlə və müdiriyyətlə müzakirələr aparacağıq. Sənəd üzərində işləyirik ki, məsələni dərhal həll edək, nazirliyin marağı da böyükdür və bu təklifimiz yaxın gələcəkdə hazır olacaqdır.

Sxemə daxil olan əsas dəyişiklikləri sizə təklif edirik və bunlar barəsində Manana Ratiani söylədi:

Statusun saxlanılmasına görə birinci dəyişiklik. Keçici sənəddə əks etdirilən dəyişikliklərə əsasən, müəllimin statusu 2020-ci ildə müəllimlər üçün tənzimləmə qaydasının fəaliyyətə düşdüyünə qədər saxlanılmış hesab ediləcəkdir.

İkinci dəyişikliyə əsasən, özünüqiymətləndirmə anketi tövsiyə xarakterli oldu. Müəllimin tələbatını təyin etmək üçün bu alətdən istifadə etməyi qərara alan məktəblər ondan istifadə edəcəklər, amma bunun öhdəlikləri olmayacaqdır.

Təcrübəçi müəllim üçün əlavə fəallıqlar üzrə 5-dən çox kreditin toplanılması haqqında məhdudiyyətlər aradan götürüldü. Dəyişikliyə əsasən, müəllim tərəfindən hazırlanmış müxtəlif resurs, həyata keçirdiyi bir neçə fəallıq, iştirak etdiyi bütün treninqlər və s. ­bunların hamısı tanınacaq və müəllim 5-dən çox kredit bal qazana biləcəkdir. Məhdudiyyət il ərzində işçi görüşlərin sayına da aid edilirdi, 3-dən çox işçi görüşdə iştirak etmək olmazdı. İndi bütün bunlar tanınır və məhdudiyyət də aradan qaldırılır.

Önəmli dəyişikliklər xüsusi məktəblərə də toxundu. Mərkəzin fərdi hüquqi aktı ilə xüsusi məktəblərə imkan verilir ki, öz nəzərlərinə uyğun olaraq (sadəcə mərkəzlə razılaşdırılmalıdır), dəyişiklikləri həyata keçirsinlər. İndi onlar modifikasiya edilmiş vasitələrdən istifadə edə biləcəklər ki, bunu da özləri modifikasiya edəcəklər, məktəb səviyyəsində olacaqdır, mərkəzləşdirilmiş olmayacaqdır. Mövcud kriteriləri konkret sinif otağında olan ehtiyaca və mövcud vəziyyətə uyğun olaraq modifikasiya edirlər. Müvafiq olaraq, alətləri məktəbin özü təsdiq edir və bunun vasitəsilə də müəllimi qiymətləndirir.

Sənəddə karyera irəliləyişi ilə bağlı önəmli dəyişikliklər yazılmışdır. Məlum olduğu kimi, dövlət, islahatlar çərçivəsində, təqaüd yaşında olan təcrübəçi müəllimlərə təqaüdə çıxmaları əvəzinə pul mükafatı təklif etdi. Onlar, bu təklifi seçdikləri halda, ya peşələrini tərk edir və ya mükafatdan boyun qaçırırlar, peşələrində qalır və imtahan verirlər. Ola bilsin ki, müəllim bu il ilk dəfə imtahana çıxdığı halda, növbəti pilləyə keçmək üçün kifayət qədər kredit balları toplaya bilməsin. Buna görə də, dəyişikliyə əsasən, təcrübəçi müəllimlər üçün kredit balların toplanılması müddəti 2020-ci ilin yanvar ayına qədər uzadılmışdır. Müvafiq olaraq, payız semestrində onlar kredit balları toplamağı və statusun dəyişməsi üçün lazımi miqdarı doldurmağı davam etdirə biləcəklər. Bundan başqa, onların imkanları olacaq ki, yaxşılaşdırmaq və ya təkrar imtahan vermək üçün payızda elan edilən imtahanda bəxtlərini bir də sınaya bilsinlər. Bunda da statusu dəyişmək üçün lazımi kredit balların miqdarını toplaya bilməsələr, yenə də fəallıqlarla doldurmağı davam etdirəcəklər.

Təcrübəçi müəllimlər üçün kredit balların toplanılması və statusun yüksəldilməsi 2020-ci ilin yanvar ayına qədər davam edəcəkdir və kredit ballar da məhdudlaşdırılmayacaqdır.

Müəyyən dəyişiklik baş müəllim statusuna malik müəllimlərə də toxundu – aparıcı status əldə etməyi planlaşdıran və həm icbari, eləcə də əlavə fəallıqlarla 15 kredit bal toplayan müəllimlər üçün sentyabrda əlavə olaraq xarici müşahidə elan ediləcəkdir və bununla da onlara imkan veriləcəkdir ki, statuslarını 2020-ci ildə dəyişdirsinlər.

“Yeni məktəb modelinə” cəlb olunmuş ibtidai pillənin müəllimləri üçün yenilikdir. Onların intensiv işlədiklərinə görə dərs müşahidələri və işçi görüşləri tanınır. “Yeni məktəb modelinə” cəlb olunmuş müəllimlərə gördükləri iş üçün əlavə olaraq 6 kredit bal veriləcəkdir.

 

დატოვეთ კომენტარი