19 მარტი, სამშაბათი, 2024

Baş müəllim statusunu əldə etmək üçün üçkomponentli təklif

spot_img

Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzi “Qeyri-gürcüdilli məktəblərin dəstəkləndirilməsi” proqramı çərçivəsində qeyri-gürcüdilli müəllimlər üçün dövlət dilinin təlimi kurslarını gücləndirir. Onların karyera irəliləyişi üçün dilin öyrənilməsi müəyyən qismdə ilkin şərt olur. Məlum olduğu kimi, qeyri-gürcüdilli məktəbin/şöbənin təcrübəçi müəllimlərinin statusu 2023-cü ilə qədər saxlanılacaqdır, buna qədər isə onlar üçkomponentli statusun artırılma təklifini ödəməli olacaqlar, bunun da komponentlərindən biri, belə demək olar ki, dövlət dilinin bilik səviyyəsinin yaxşılaşdırılmasıdır.

 Mərkəz qeyri-gürcüdilli müəllimlərə dəstəyin verilməsi proqramı çərçivəsində təcrübəçi müəllimlərə nəyi təklif edir və onların karyera irəliləyişi necə olacaqdır, detallar haqqında proqramın rəhbəri Nino Berikaşvili danışır.

„არა­ქარ­თუ­ლე­ნო­ვა­ნი სკო­ლე­ბის მხარ­და­ჭე­რის“ პროგ­რა­მის ფარ­გ­ლებ­ში, პრაქ­ტი­კო­სი მას­წავ­ლებ­ლე­ბის­თ­ვის სა­ხელ­მ­წი­ფო ენის შეს­წავ­ლა ძლი­ერ­დე­ბა

⏩⏩⏩ ინტერვიუ ნინო ბერიკაშვილთან: გახსენით ბმული 

 

Proqram haqqında qısaca danışın, proqramda iştirak edən müəllimlərin üzərinə hansı missiya düşür?

 „Qeyri-gürcüdilli məktəblərin dəstəkləndirilməsi” proqramı, təxminən 2009-cu ildən müxtəlif adlar altında fəaliyyət göstərir və onun məqsədi milli azlıqların sıx yaşadıqları regionlarda qeyri-gürcüdilli məktəb müəllimlərinin peşəkar inkişafı və dövlət dilinin gücləndirilməsi yolu ilə təlim-tədris prosesinə dəstəyin verilməsidir. Bizim təhsil məkanımızda, indi, təxminən, 285-ə qədər qeyri-gürcüdilli məktəb və şöbə var, proqram isə milli azlıqların sıx yaşadıqları regionlarda – Samsğe-Cavaxetidə, Kvemo Kartlidə və eləcə də Kaxetinin 165 məktəbində fəaliyyət göstərir.

Proqramda konsultant və köməkçi müəllimlər işlə təmin olunmuşlar və bunlar da yerlərdə qeyri-gürcüdilli məktəblərdə işləyəcəklər.

Proqramda iştirak   edən müəllimlərin missiyası və məsuliyyəti olduqca rəngarəngdir – proqramın çox önəmli məsələləri var: ümumi təhsil pilləsində milli azlıqlar üçün dövlət dilində keyfiyyətli təhsilin alınmasının təmin edilməsi, etnik azlıqların yaşadıqları munisipalitetlərdə dövlət dili müəllimlərinin peşəkar kadrlarının hazırlığının təmin edilməsi və qeyri-rəsmi təhsil yolu ilə milli azlıqların şagirdləri üçün ümumi mədəni-maarif məkanında inteqrativliyə dəstəyin verilməsi.

Proqram müəllimləri ikinci dil kimi, gürcü dilinin tədrisinə dəstək vermələrindən başqa, eləcə də   qeyri-rəsmi təhsil istiqamətində, müxtəlif layihələr üzrə aktiv işləyirlər, gürcü dilində fəaliyyət göstərən dərnəklər, klublar yaradırlar. Bu da özlüyündə, dövlət dilinin gücləndirilməsinə dəstək verir.

Eləcə də proqram müəllimlərinin öhdəliklərindən biri məktəblərdə gürcü dili kursunu keçirmələridir və bu da xüsusilə konsultant müəllimlərə aiddir.

Gürcü dili kursu, əlbəttə ki, müxtəlif vaxtda və müxtəlif sayda insanlarla keçirilir. Bu il sözügedən istiqamətdə kifayət qədər çox sayda müəllimlərimiz var.

Buna səbəb nədir?

⇒ Səbəb onların peşəkar inkişafı ilə bağlıdır, daha ətraflı desək, müəllim peşəsinin nizamlanma qaydasında, sonuncu redaksiyanın keçid müddəasında qeyd var ki, bu da növbətini nəzərdə tutur – qeyri-gürcüdilli məktəblərin/şöbələrin təcrübəçi müəllimlərinin statusu 2023-cü ilə qədər qorunub saxlanılır. Eyni qaydaya əsasən, qeyri-gürcüdilli məktəblərin/şöbələrin təcrübəçi müəllimlərinin karyera irəliləyişi şərtləri tənzimlənir. İndiyə qədər statusunu dəyişə bilməyən təcrübəçi müəllim, təxminən, 56 faizdir. Buna qədər ildə təxminən 200-dən 300-ə qədər müəllim dil kursunu keçirdi. Bu vaxta qədər isə kursa təxminən 1200 müəllim cəlb olunmuşdur. Paralel olaraq, dil kursu Zurab Jvania adına Dövlət İnzibatiləşdirmə məktəbində aparılır.

⇒ Təcrübəçi müəllim statusunu dəyişmək və baş müəllim olmaq üçün – Gürcü dilini öyrənməkdən başqa nə etməlidir?

⇒ Əlbəttə ki, karyera irəliləyişi üçün komponentlərdən biri dil biliyidir. Bu mərhələdə hesab edirik ki, gürcü dilinin B1 səviyyəsində biliyi kifayət edir ki, müəllim növbəti mərhələyə keçsin. Növbəti mərhələ nədir, – peşəkar bacarıqların uzunmüddətli treninq-kursunu nailiyyətlə başa vurmaq və əlbəttə ki, bu da gürcü dilində olmalıdır. Məhz bunun üçün gürcü dilini öyrənmək ilkin şərtdir, çünki iştirakçı treninq-kursu gürcü dilində keçməlidir. Kursun müddəti, təxminən 48 saatdır və müxtəlif modullara bölünmüşdür. Onun qiymətləndirmə kriteriləri müəllimə imkan verir ki, sonda kursu nailiyyətlə başa çatdırdığında, pedaqoji və peşəkar bacarıqlarını təkmilləşdirə bildiyini hesab edə bilək.

  Real olaraq, qeyri-gürcüdilli təcrübəçi müəllimlərə, imtahana alternativ olaraq, uzunmüddətli peşəkar treninq təklif edirsiniz?

⇒ Bəli, elədir. Təcrübəçi müəllimlərə statusun yüksəldilməsinin yeni – üçkomponentli yolunu təklif edirik. İki komponent haqqında artıq söhbət etdik, o ki, qaldı üçünci icbari komponentə, bu, fənn səriştələrinin təsdiqlənməsidir. Müəllimin qismən də olsa, fənn səriştəsi təsdiq edilməlidir ki, bu yolla statusunu dəyişə bilsin.

Yekun olaraq demək olar ki, qeyri-gürcüdilli təcrübəçi müəllim üç komponenti ödəməlidir – fənn kompetensiyasının qismən təsdiqlənməsi (1,4, 7, 10 kredit balla), gürcü dilinin minimal B1 səviyyəsinin mənimsənilməsini təsdiqləyən sənəd və peşəkar bacarıqların uzunmüddətli treninq-kursunun nailiyyətlə başa vurması. Hər üç şərtin ödənildiyi halda, təcrübəçi müəllim baş müəllim olur. Bu qayda yalnız qeyri-gürcüdilli məktəblərin təcrübəçi müəllimlərinə aiddir.

Bir xırdalığı da əlavə edərdim ki, qeyri-gürcüdilli məktəblərdə və şöbələrdə Gürcüstanda   ali təhsil alan müəllimlərimiz çalışırlar və onlardan dil kursunu keçmək tələb olunmur. Onlar ali təhsili Gürcüstanda aldıqlarını təsdiqləyən sənədi təqdim etdikləri halda, bu, onların dil bilmə sənədi kimi hesab ediləcəkdir. Yazılı olaraq, artıq təxminən 150 müəllim müraciət etmiş və müvafiq sənədi təqdim etmişlər. Bunların arasında kim artıq imtahanı vermişdir, birbaşa növbəti mərhələyə – uzunmüddətli treninq-kursa cəlb olunacaqlar. Əlbəttə ki, müddət məhdud deyil və bu müəllimlər yenə də bizə müraciət edə bilərlər.

Dil kursunu yerlərdə, məktəblərdə keçəcəklər?

⇒ Dil kursunun təşkilini, əlbəttə ki, proqramımızı həyata keçirdiyimiz məktəblərdə başlamışıq. Bütövlükdə, proqram çərçivəsində, 120 konsultant müəllimimiz var. Müvafiq olaraq, bu müəllimlər yerli, öz məktəblərinin müəllimləri ilə qruplar formalaşdırırlar və dilin tədrisini də özləri keçirirlər. Pandemiya üzündən onlayn format da təklif etmişik, müəllimlərin bir qismi kursu onlayn keçmək istəyini bildirmiş amma müəyyən hissə birbaşa tədrisi seçmişdir. Kursu onlayn keçməyi qərara alan müəllimlər qrupu üçün kursu kimin keçdiyi fərq etmir, – həmin məktəbdə çalışan konsultant müəllim və ya başqası. Buna görə də bu qruplar qarışıqdır və müxtəlif məktəb müəllimlərindən ibarətdir. Amma əyani kursu keçmək istəyən müəllimlərlə öz məktəblərində işləyən konsultant müəllimlər işləyəcəklər, pandemiya şəraitində göstərilən qaydalara və tənzimləmələrə əməl etməklə.

Dil kursuna nə qədər vaxt ayrılacaqdır, yəni nə qədər vaxta müəllimlər gürcü dili biliyinin B1 səviyyəsini ödəməlidirlər?

⇒ Dil kursunun hər bir səviyyəsinin müddəti, təxminən üç aydır, məsələn, əgər iştirakçı, pretestə uyğun olaraq, B1 səviyyəsindədirsə, üç ay ərzində kursu başa vurur və fənn imtahanını da vermişdirsə, uzunmüddətli treninq-kursa keçir. Müəllimin A1 səviyyəsindən başladığı halda, təxminən 9 ay lazımdır ki, dilin mənimsənilmə kursunu bitirsin. Buradaca demək istəyirəm ki, müəllimin B1 səviyyəsini başa çatdırdığı halda, ona daha bir xüsusi kursu təklif edəcəyik və bu zaman o, peşəkar bacarıqlar üçün xarakterik leksika və terminologiyanın öyrənilməsinə yönəldiləcəkdir. Bu da uzunmüddətli treninq-kursun nailiyyətlə başa çatdırılmasına yardım edəcəkdir.

Təcrübəçi müəllimlərin 56 faizi elə birinci mərhələyə cəlb olunmuşlar və ya ikinci axın üçün bölünəcəklər?

⇒ Bu mərhələdə, istəyi olan hər kəsə xidmət göstəriləcəkdir, amma kimsə sonralar da istəyini bildirə bilər və biz onlara imtina edə bilmərik. Mütəmadi olaraq Jvaniya məktəbi də dil kursuna qeydiyyatı elan edəcəkdir. Əsas odur ki, iştirakçı təsis edilmiş müddətə (2023-cü il) sığışsın və statusu əldə etmək üçün, hər üç komponenti tam ödəyə bilsin. Dediyimiz kimi, sistemdə 6900 qeyri-gürcüdilli müəllim var, bunların arasında təxminən 3800 təcrübəçi müəllim var, bunlardan 1440 müəllimin artıq fənn səriştələri təsdiq edilmişdir. Bu məlumatlara əsaslanaraq, 1440 müəllim dil cəhətdən güclənib və uzunmüddətli peşəkar treninq-kursu nailiyyətlə keçdiyi halda, demək olar ki, onlar potensial baş müəllimlərdir.

Bu təklif birdəfəlik imkan kimi olacaqdır və ya təklif edilən komponentləri ödəyə bilməyən müəllimlərə ikinci şans veriləcəkmi?

⇒ Dediyimiz kimi, dil kursu hər zaman davam edir, bu mərhələdə, konsultantların hamısının qrupları var və tədris prosesi başlanılmışdır. Prosesin ortasında yeni iştirakçının əlavə edilməsi arzu edilmir, amma kursdan xaric olunan və ya hər hansı bir səviyyəni nailiyyətlə bitirməyən iştirakçının pretesti keçdikdən sonra imkanı olacaqdır ki, elan etdiyimiz dil kursuna yenidən qəbul olsun. Uzunmüddətli treninq modula gəldikdə isə, bu, müəllimin fəallığı hansı müddətdə bitirəcəyindən asılıdır. Əgər 2023-cü ildə bitirəcəksə, əlbəttə ki, vaxta sığışmayacaqdır ki, treninqi yenidən keçsin.

Maraqlıdır ki, qeyri-gürcüdilli müəllimlərin motivasiyası necədir?

⇒ Motivasiya kifayət qədər yüksəkdir və proses normal davam edir. Bir neçə gün öncə test imtahanını keçirdik, konsultant pretestdən sonra test imtahanını yoxlayıb, müəllimə zəif tərəflərini aradan qaldırmaqda tövsiyələr verəcəkdir. Kurs apreldə başlamışdır və müəyyən nəticələr haqqında söhbət etmək hələ tezdir. Bu müddət ərzində, kursun tərk edilməsinin cəmi bir neçə halı qeyd edilmişdir.

 Söhbəti apardı: Lali Celadze

Tərcüməçi – Qızxanım Əhmədova

ერთიანი ეროვნული გამოცდები

ბლოგი

კულტურა

მსგავსი სიახლეები